Biotin qəbul edənlərə çağırış - VİDEO
10 Noyabr 2026, 22:35
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1758
09.06.2026, 14:59
Deputat Ülviyyə Həmzəyevanın Milli Məclisdəki çıxışı müzakirələrə səbəb olub. Onun bəzi sözləri düzgün tələffüz etməməsi, xüsusilə “c”, “ç” və “k” səslərinin deyilişində yol verdiyi nöqsanlar, eləcə də mətni üzündən yaxşı oxumaması sosial şəbəkələrdə tənqid edilib.
Bəs Ülviyyə Həmzəyeva kimdir?
Oxu24.com bildirir ki, Həmzəyeva Ülviyyə Tapdıq qızı 30 aprel 1982-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Şəkərabad kəndində anadan olub. Azərbaycanlı ictimai-siyasi xadim, rəssamdır.
Orta təhsilini Naxçıvan şəhərində alıb, 2003-cü ildə Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin Təsviri incəsənət ixtisasını fərqlənmə ilə bitirib.
2006-cı ildə isə həmin universitetin Pedaqogika nəzəriyyəsi və tarixi ixtisası üzrə magistr pilləsini fərqlənmə ilə başa vurub.
Naxçıvan Dövlət Universitetinin Təsviri incəsənət və rəsmxət kafedrasında baş müəllim kimi fəaliyyət göstərib. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dissertantıdır.
Azərbaycan Respublikasının Əməkdar Rəssamı, Naxçıvan Muxtar Respublikasının Əməkdar Rəssamı, Naxçıvan Rəssamlar Birliyinin sədri, “Yeni Era” Dünya Rəssamlıq Akademiyasının həqiqi üzvüdür.
O, 2010-2015-ci illərdə IV çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, 2015-ci ildən isə Azərbaycan Respublikasının Milli Məclisinin V, VI və VII çağırış deputatıdır.
Həmzəyeva həmçinin Naxçıvan Ali Məclisinin IV çağırış deputatı olub, daha sonra Azərbaycan Milli Məclisinin V, VI və VII çağırış deputatı kimi fəaliyyətini davam etdirib.
O, 2021-ci il martın 5-də keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayında YAP İdarə Heyətinin üzvü seçilib.(Qlobalinfo)
22:35 / 10 Noyabr 2026
18
22:30 / 10 Noyabr 2026
144
22:27 / 10 Noyabr 2026
60
22:19 / 10 Noyabr 2026
58
22:04 / 10 Noyabr 2026
108
21:55 / 10 Noyabr 2026
411
21:51 / 10 Noyabr 2026
82
21:49 / 10 Noyabr 2026
171
21:46 / 10 Noyabr 2026
176
21:44 / 10 Noyabr 2026
87
21:40 / 10 Noyabr 2026
85
21:33 / 10 Noyabr 2026
18656
21:19 / 10 Noyabr 2026
103
21:12 / 10 Noyabr 2026
119
21:10 / 10 Noyabr 2026
427
20:56 / 10 Noyabr 2026
103
20:54 / 10 Noyabr 2026
528
20:46 / 10 Noyabr 2026
116
20:35 / 10 Noyabr 2026
132
20:17 / 10 Noyabr 2026
114
20:10 / 10 Noyabr 2026
1396
19:59 / 10 Noyabr 2026
120
19:58 / 10 Noyabr 2026
113
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.