Biotin qəbul edənlərə çağırış - VİDEO
10 Noyabr 2026, 22:35
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
991
09.06.2026, 14:24
Doktorantların və gənc tədqiqatçıların Respublika Elmi Konfransının (NASCO29) keçirilməsi barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.
Oxu24.com xəbər verir ki, əmrdə deyilir:
"Doktorantların və gənc tədqiqatçıların apardığı elmi tədqiqat işlərinin nəticələrinin müzakirəsini təşkil etmək, habelə onların elmi yaradıcılığını stimullaşdırmaq məqsədilə "Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 5.5.10- cu bəndini rəhbər tutaraq əmr edirəm:
1. 15-16 oktyabr 2026-cı il tarixlərində Doktorantların və gənc tədqiqatçıların Respublika elmi konfransı (NASCO29) Naxçıvan Dövlət Universitetində keçirilsin, konfrans “Şəhərsalma və Memarlıq ili”nə həsr edilsin.
2. "Doktorantların və gənc tədqiqatçıların Respublika elmi konfransının (NASCO29) Əsasnaməsi" təsdiq edilsin (1 nömrəli əlavə).
3. “Doktorantların və gənc tədqiqatçıların Respublika elmi konfransının (NASCO29) Tədbirlər Planı” təsdiq edilsin (2 nömrəli əlavə).
4. “Doktorantların və gənc tədqiqatçıların Respublika elmi konfransının (NASCO29) Təşkilat Komitəsi” təsdiq edilsin (3 nömrəli əlavə).
5. "Doktorantların və gənc tədqiqatçıların Respublika elmi konfransının (NASCO29) Elmi Komitəsi” təsdiq edilsin (4 nömrəli əlavə).
6. Ali təhsil müəssisələrinin rektorları və elmi-tədqiqat institutlarının direktorları doktorantların və gənc tədqiqatçıların məqalələrini 2026-cı il 1 iyun tarixinədək Əlavə 1-də qeyd edilən qaydada Naxçıvan Dövlət Universitetinə təqdim edilməsini təmin etsinlər.
7. Naxçıvan Dövlət Universiteti (Elburus İsayev) konfransın yüksək səviyyədə keçirilməsi üçün lazımi şərait yaratsın, konfransın proqram və materiallarının nəşr edilməsini və konfransın nəticələri barədə Elm və Təhsil Nazirliyinə hesabatın təqdim olunmasını təmin etsin.
8. Elm, ali və peşə təhsili şöbəsi (Turxan Süleyman) və Azərbaycan Respublikasının Təhsil İnstitutu (Elnur Əliyev) konfransın keçirilməsi ilə əlaqədar lazımi dəstək göstərsinlər.
9. Təhsilin iqtisadiyyatı şöbəsi (Leyla Abbaslı), Maliyyə şöbəsi (Vüqar Əsgərov) və Əsaslı Tikinti və Təchizat İdarəsi (Valeh Mirzalıyev) konfransın keçirilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsini təmin etsinlər.
10. Vətəndaşlara xidmət və sənədlərlə iş şöbəsi (Qorxmaz Əliyev) əmrin çoxaldılıb ali təhsil müəssisələrinə və elmi-tədqiqat institutlarına göndərilməsini təmin etsin.
11. İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsi (Səbuhi Rzayev) bu əmrin Nazirliyin internet səhifəsində yerləşdirilməsini və "Azərbaycan müəllimi” qəzetində dərc olunmasını təmin etsin.
12. Əmrin icrasına nəzarət nazir müavini İdris İsayevə həvalə edilsin".
22:35 / 10 Noyabr 2026
18
22:30 / 10 Noyabr 2026
144
22:27 / 10 Noyabr 2026
60
22:19 / 10 Noyabr 2026
58
22:04 / 10 Noyabr 2026
108
21:55 / 10 Noyabr 2026
411
21:51 / 10 Noyabr 2026
82
21:49 / 10 Noyabr 2026
171
21:46 / 10 Noyabr 2026
176
21:44 / 10 Noyabr 2026
87
21:40 / 10 Noyabr 2026
85
21:33 / 10 Noyabr 2026
18656
21:19 / 10 Noyabr 2026
103
21:12 / 10 Noyabr 2026
119
21:10 / 10 Noyabr 2026
427
20:56 / 10 Noyabr 2026
103
20:54 / 10 Noyabr 2026
528
20:46 / 10 Noyabr 2026
116
20:35 / 10 Noyabr 2026
132
20:17 / 10 Noyabr 2026
114
20:10 / 10 Noyabr 2026
1396
19:59 / 10 Noyabr 2026
120
19:58 / 10 Noyabr 2026
113
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.