Turşu xiyarların xarab olmaması üçün nə etməli?
10 Noyabr 2026, 23:00
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
582
09.06.2026, 13:26
Azərbaycan dayanıqlı, sağlam və konservativ yanaşma ilə neft qiymətlərinin proqnozlaşdırılmasını həyata keçirir və ölkə bu il birmənalı olaraq bunun bəhrəsini görəcək.
Oxu24.com xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
"Gəlir proqnozlarımıza baxdıqda icra göstəricimiz 102,2 %-dir. Yəni dövlət büdcəsinin gəliri 2,2 % artıqlaması ilə icra olunub. Qeyri-neft-qaz sektoru üzrə isə bu rəqəm 101,6 %-dir. Neft-qaz daxil olmalarının proqnozlaşdırılmması bizim müəyyən edəcəyimiz neft qiymətindən asılıdır. Neft qiyməti və ona bağlı olaraq qaz qiyməti dünya bazarlarında kifayət qədər volatillidir və keçən il elə burada müzakirələrimiz zamanı bir çox hörmətli deputat həmkarlarımız təklif edirdi ki, 65 ABŞ dolları çoxdur, 60 ABŞ dolları qoyaq, amma indi bugünkü rəqəmləri görürsünüz. Eynilə də keçən il üçün müəyyən edilmiş rəqəm 70 ABŞ dollar idi və icra göstəricisi 71 ABŞ dolları olub. Bu sırf Azərbaycanın nəzərə aldığı və ya həyata keçirdiyi siyasətin xüsusiyyəti ilə bağlıdır", - o vurğulayıb.
Nazirin sözlərinə görə, bu il neftin büdcə qiymətinin 65 ABŞ dolları götürülməsi konservativ yanaşmadır: "Düşünürük ki, neftin qiyməti daha artıq ola bilər və əlbəttə ki, o vəsaitləri istifadə etməyə də çalışa bilərik, amma eyni zamanda konservativ yanaşma ilə real büdcə ehtiyaclarına uyğun şəkildə rəqəmləri müəyyən edib, əlavə gəlirlərin Dövlət Neft Fonduna toplanılması üçün tədbirlər də görə bilərik. Əlbəttə, Azərbaycan dayanıqlı, sağlam və konservativ yanaşma ilə neft qiymətləri proqnozlaşmasını həyata keçirir. Qeyri-neft-qaz sektoru üzrə proqnozlaşdırmamız isə tədiyə növündən asılı olaraq müxtəlif qaydalar makroiqtisadi modellər çərçivəsində həyata keçirilir".
23:00 / 10 Noyabr 2026
27
22:58 / 10 Noyabr 2026
18
22:55 / 10 Noyabr 2026
17
22:35 / 10 Noyabr 2026
57
22:30 / 10 Noyabr 2026
184
22:27 / 10 Noyabr 2026
70
22:19 / 10 Noyabr 2026
74
22:04 / 10 Noyabr 2026
123
21:55 / 10 Noyabr 2026
452
21:51 / 10 Noyabr 2026
88
21:49 / 10 Noyabr 2026
184
21:46 / 10 Noyabr 2026
187
21:44 / 10 Noyabr 2026
94
21:40 / 10 Noyabr 2026
90
21:33 / 10 Noyabr 2026
18680
21:19 / 10 Noyabr 2026
109
21:12 / 10 Noyabr 2026
125
21:10 / 10 Noyabr 2026
463
20:56 / 10 Noyabr 2026
105
20:54 / 10 Noyabr 2026
556
20:46 / 10 Noyabr 2026
120
20:17 / 10 Noyabr 2026
120
20:10 / 10 Noyabr 2026
1427
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.