Milli Məclis sürücülərlə bağlı qərar qəbul etdi
07 İyul 2026, 12:31
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
416
09.06.2026, 12:12
Dövlət mülkiyyətində olan əmlakın (o cümlədən dövlət torpaqlarının) qarşılıqlı razılıq əsasında xüsusi mülkiyyətdə olan əmlakla, o cümlədən torpaq sahələri ilə dəyişdirilə bilməsinin hüquqi əsası yaradılır.
Oxu24.com xəbər verir ki, bu, Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" qanun layihəsində əksini tapıb.
Özəlləşdirilməsi qadağan olunan dövlət əmlakı (dövlət torpaqları), dövlətin müstəsna mülkiyyətində olan və ya dövlət ehtiyacları üçün nəzərdə tutulan torpaq sahələri dəyişdirmənin predmeti ola bilməz.
Dəyişdirilən əmlakların, o cümlədən torpaq sahələrinin qiymətləndirilməsi əmlakların (torpaq sahələrinin) alqı-satqısı zamanı təşəkkül tapan bazar qiyməti nəzərə alınmaqla “Qiymətləndirmə fəaliyyəti haqqında” qanuna uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçiriləcək.
Həmçinin "Qiymətləndirmə fəaliyyəti haqqında"qQanuna təklif edilən dəyişikliklə dövlət orqanları (qurumları) və bələdiyyələr də qiymətləndirmə fəaliyyəti üzrə sifarişçi statusu əldə edirlər.
Qeyd edilib ki, qanun qəbul edildikdən sonra dövlət mülkiyyətində olan əmlakın, o cümlədən torpaq sahəsinin xüsusi mülkiyyətdə olan əmlakla və ya torpaq sahəsi ilə dəyişdirilməsinin qaydası təsdiq ediləcək.
Dəyişikliklər əmlakdan və torpaq sahələrindən daha səmərəli istifadəyə, torpaq bazarında dövriyyənin aktivləşməsinə, iqtisadi fəallığın yüksəlməsinə, dövlət və vətəndaşlar arasında qarşılıqlı razılıq əsasında daha çevik əmlak mübadiləsi imkanlarının yaranmasına, mülki dövriyyədə dövlətin digər mülki hüquq subyektləri ilə bərabər şərtlərlə iştirakının təmin edilməsinə xidmət edəcək.
12:31 / 07 İyul 2026
7
12:25 / 07 İyul 2026
23
12:18 / 07 İyul 2026
65
12:00 / 07 İyul 2026
542
11:58 / 07 İyul 2026
55
11:52 / 07 İyul 2026
140
11:51 / 07 İyul 2026
47
11:33 / 07 İyul 2026
60
11:22 / 07 İyul 2026
89
11:10 / 07 İyul 2026
70
11:09 / 07 İyul 2026
68
11:05 / 07 İyul 2026
70
11:01 / 07 İyul 2026
215
10:53 / 07 İyul 2026
296
10:48 / 07 İyul 2026
66
10:46 / 07 İyul 2026
69
10:39 / 07 İyul 2026
80
10:32 / 07 İyul 2026
72
10:15 / 07 İyul 2026
468
10:12 / 07 İyul 2026
87
09:59 / 07 İyul 2026
84
09:58 / 07 İyul 2026
1049
09:38 / 07 İyul 2026
538
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.