Elektron imzanı başqasına vermək hansı riskləri yaradır?
27 İyul 2026, 15:17
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
11963
09.06.2026, 10:20
Təcrübədə etibarnamə əsasında avtomobili bir neçə şəxsin idarə etməsi halları geniş yayılıb. Bundan başqa, nəqliyyat vasitəsinin alqı-satqısının da etibarnamə əsasında aparılması az deyil.
Oxu24.com xəbər verir ki, son illər hətta qəza törətmiş sürücülərin növbəti ildə yüksək məbləğdə sığorta haqqı ödəməkdən yayınmaq üçün maşını digər şəxslərə etibarnamə verməklə onların adından avto-icbari sığorta etdirmələrinə də rast gəlinir.
Ancaq görünən odur ki, bundan sonra başqasına etibarnamə verənlər və ya etibarnamə əsasında avtomobil idarə edənlər bu barədə bir daha düşünməli olacaqlar.
Belə ki, Mərkəzi Bankın müvafiq dəyişikliyinə əsasən, sığorta müqaviləsi bağlanan zaman nəqliyyat vasitəsini qanunvericiliyə uyğun olaraq idarə etmək hüququ olan şəxslərin sayı birdən artıq olduqda, həmin şəxslər arasında ən yüksək riskə malik şəxsin Sığorta Tarixçəsi Əmsalı tətbiq olunacaq.
Oxu: Azərbaycanda bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?
Yəni avtomobil üzrə başqa şəxslərə etibarnamə verilibsə, bu zaman onu sığorta etdirərkən təkcə həmin şəxsin yox, etibarnaməsi olan digər şəxslərin də sığorta tarixçəsi nəzərə alınacaq. Nəticədə sığorta etdirən qəza törətmiş olmasa da, avtomobili idarə etmək hüququ olan digər şəxslərə görə sığorta haqqı yüksək ola bilər. Həmçinin qəza törətmiş şəxs digərinə etibarnamə verməklə yüksək məbləğdə sığorta haqqı ödəməkdən yayına bilməyəcək. Beləliklə, avtomobili idarə etmək hüququ olan şəxslərdən yüksək riskli olanın sığorta tarixçəsinə uyğun sığorta haqqı müəyyən ediləcək.
Qaydaya görə, avtomobili 2 və ya daha çox şəxsin idarə etmək hüququnun mövcudluğu mülkiyyət hüququnu təsdiq edən sənəd, icarə və ya digər əşya hüquqlarına dair müqavilə, habelə nəqliyyat vasitələrinin istifadə edilməsi və ya ona sərəncam verilməsi hüquqları ilə bağlı etibarnamə əsasında müəyyən olunur. Yəni etibarnamə ilə yanaşı, qeyd edilən digər sənədlər də avtomobili 2 və ya daha çox şəxsin idarə etməsi deməkdir. Bu da sığorta haqqının hesablanmasında nəzərə alınacaq.
Yeri gəlmişkən, dəyişikliklərə əsasən, mövcud “Bonus-Malus” sistemi fərdi sığorta tarixçəsinə əsaslanan Sığorta Tarixçəsi Əmsalı ilə əvəz olunacaq. Bu mexanizmə əsasən, üçüncü şəxslərin səhhətinə və əmlakına zərər vurulan zaman zərər vuran şəxslərin sığorta haqlarına hər zərər vurduqları hadisəyə görə 30 faiz əlavə tətbiq olunacaq.
Hazırda qüvvədə olan qaydaya görə, sığorta haqqı hesablanarkən avtonəqliyyat vasitəsini yalnız bir şəxsin idarə etmək hüququ olduqda 1, iki və ya daha çox şəxsin idarə etmək hüququ olduqda 1.15 əmsal tətbiq edilir. Dəyişiklik qüvvəyə minəndən sonra avtonəqliyyat vasitəsi sahiblərinin sayı beş və ya daha çox olduqda 1.15 əmsal tətbiq ediləcək. Bu saydan az olduqda isə 1 əmsal tətbiq olunacaq.
Qeyd edək ki, yeni qayda 16 iyun 2026-cı ildən qüvvəyə minir.(Qafqazinfo)
15:21 / 27 İyul 2026
42
15:20 / 27 İyul 2026
41
15:17 / 27 İyul 2026
45
14:59 / 27 İyul 2026
55
14:34 / 27 İyul 2026
59
14:28 / 27 İyul 2026
56
14:04 / 27 İyul 2026
75
13:59 / 27 İyul 2026
77
13:55 / 27 İyul 2026
67
13:50 / 27 İyul 2026
82
13:47 / 27 İyul 2026
61
13:40 / 27 İyul 2026
89
13:30 / 27 İyul 2026
84
13:15 / 27 İyul 2026
81
12:59 / 27 İyul 2026
82
12:45 / 27 İyul 2026
75
12:45 / 27 İyul 2026
87
12:38 / 27 İyul 2026
87
12:30 / 27 İyul 2026
67
12:29 / 27 İyul 2026
74
12:25 / 27 İyul 2026
76
12:21 / 27 İyul 2026
70
12:15 / 27 İyul 2026
81
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.