1 nəfərə düşən ünvanlı sosial yardımın ən yüksək olduğu rayonlar - CƏDVƏL
22 Avqust 2026, 00:03
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
474
08.06.2026, 20:27
Məşədi Məmməd Fərzəliyev 1872-ci ildə Şuşada doğulub.Gənc yaşlarından Şuşanı tərk edib, bir müddət Gəncədə, sonra Tiflis, Batumi, Vladiqafqaz, İstanbulda yaşayıb, xanəndəlik edib. O, Qafqazda, Orta Asiyada, Türkiyədə, hətta Avropanın bir çox ölkələrində görkəmli sənətkar kimi tanınırdı.
Məşədi Məmməd hələ Şuşada olarkən toy məclislərində və xalq şənliklərində tarzən Tatevos Arutunyan və Məşədi Zeynal ilə birlikdə çıxış edirdi. "Löhbala Məmməd" ləqəbi ilə tanınan sənətkar ilk dəfə Şuşada Xandəmirovun teatrında verilən Şərq konsertində böyük uğur qazanıb.
Məşədi Məmmədin oxuduğu "Bayatı-Kürd", "Rast", "Şur", "Çahargah", "Zabul-Segah", "Kürdü Şahnaz", "Heyratı", "Mənsuriyyə", "Səmayi–Şəms", "Qarabağ şikəstəsi", "Arazbarı", "Kərəmi", "Əfşarı" və s. muğamlar geniş xalq kütlələri tərəfindən böyük rəğbətlə qarşılanırdı.Məşədi Məmməd "Şüştər" ustası kimi daha məşhur idi.
O, 1912-ci ildə Varşava şəhərində fəaliyyət göstərən "Sport-Rekord" şirkəti tərəfindən bir dəvət alır. O, Varşavada tarzən Qurban Pirimov, kamançaçı Saşa Oqanezaşvilinin müşayiəti ilə 40-a qədər muğam, təsnif və mahnını oxuyub vala yazdırır.Daha sonra Kiyev şəhərindən dəvət gəlir.Görkəmli sənətkar burada "Ekstrafon" şirkəti tərəfindən muğam və xalq mahnılarını qramofon valına yazdırır.Müasirləri yazırlar ki, Məşədi Məmməd bütün muğam və mahnılarında ən çox Natəvanın qəzəllərini ifa edərmiş.Məşhur bir xanəndə kimi tanınan Məşədi Məmməd 1913-cü ilin yazında Zubalov adına Xalq evi tərəfindən Tiflisə dəvət edilir.
1926-cı ildə Rusiyanın bir çox şəhərlərində, Polşa, Almaniya,
Fransa, Belçika,
İngiltərə, Avstriya, Rumıniya, Türkiyə və İranda
konsertlər verir.
1923-cü ildə Fikrət Əmirovun atası Məşədi Cəmil Əmirov tərəfindən Gəncə şəhərinə dəvət edilən xanəndə şəhər musiqi məktəbində muğamatdan dərs deməyə başlayır.1929-cu ildə yenidən xaricə qastrol səfərinə çıxır və bir daha Azərbaycana qayıtmır.Uzun illər Türkiyənin İstanbul şəhərində yaşayır və 1962-ci ildə, 90 yaşında orada da vəfat edir...
RUHU ŞAD OLSUN!
Hazırladı: Tarixçi Namiq Həsənov
00:03 / 22 Avqust 2026
32
23:49 / 21 Avqust 2026
51
23:00 / 21 Avqust 2026
58
22:39 / 21 Avqust 2026
58
22:25 / 21 Avqust 2026
67
22:11 / 21 Avqust 2026
73
21:57 / 21 Avqust 2026
85
21:30 / 21 Avqust 2026
76
20:56 / 21 Avqust 2026
80
20:52 / 21 Avqust 2026
68
20:14 / 21 Avqust 2026
81
19:42 / 21 Avqust 2026
93
19:21 / 21 Avqust 2026
96
19:08 / 21 Avqust 2026
173
18:46 / 21 Avqust 2026
102
18:41 / 21 Avqust 2026
78
18:33 / 21 Avqust 2026
97
18:20 / 21 Avqust 2026
77
18:10 / 21 Avqust 2026
116
17:59 / 21 Avqust 2026
101
17:45 / 21 Avqust 2026
126
17:30 / 21 Avqust 2026
106
17:10 / 21 Avqust 2026
136
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.