Bu yaşda ət yemək ömrü uzadır
10 Noyabr 2026, 23:28
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
823
08.06.2026, 19:34
Azərbaycanda sosial media platformalarına qoşulma yaşı 16-dan başlanması təklif olunur.
Oxu24.com xəbər verir ki, bunu deputat Zahid Oruc Milli Məclisinin insan hüquqları, ailə, qadın və uşaq məsələləri və hüquq siyasəti və dövlət quruculuğu komitələrinin iclasında bildirib.
“Əsas məram müdafiə tədbiridir, valideynlərin və ailə institutunun təhlükəsizliyini qorumaqdır. Ona görə də layihənin məqsədini düzgün təqdim etmək çox əhəmiyyətlidir. Dövlətimizin uşaqların hüquqlarını qorumaqla digər sahələrdə də yaş senzi tətbiq edir – siqaret, alkoqol, soyuq silah (bıçaq) satışına, qeyri-əxlaqi məzmunlara çıxışına qoyulan məhdudiyyət uşaqların sağlamlığı və rifahı üçündür. Həqiqətən övladlarımızın gələcəyi sosial şəbəkələrdən asılı olmamalıdır. Dövlət real həyatda uşaqları qoruduğu kimi, virtual məkanın təhlükələrindən də uşaqlarımızı qoruyur.
Ona görə də layihədə 16 yaşını tamam etməmiş şəxslərin sosial şəbəkə platformalarında fərdi rəqəmsal hesab açması təxirə salınır. Yeni norma, Azərbaycanın rəqəmsal siyasətinin ən fundamental addımlarından biridir. Platforma provayderləri yoxlama mexanizmlərini – bank kartı, elektron poçt, mobil nömrə əsaslı yaş doğrulama üsullarını – məcburi surətdə tətbiq etməli olacaqlar.
16-18 yaş qrupu üçün isə tamamilə fərqli – daha çevik, lakin nəzarətli bir mexanizm müəyyən edilib. Bu yaş qrupundakı yeniyetmələr platformada hesab yarada bilər, lakin yalnız qanuni nümayəndələrinin – valideynin açıq razılığı ilə”.
Deputat qeyd edib ki, qanun layihəsində 16-18 yaş arası uşaqların fərdi hesablarında sonsuz sürüşdürmə, avtomatik video oynatma kimi manipulyativ dizayn texnikalarından istifadəyə yol verilmir:
“Yəni, texnoloji şirkətlərə çox güclü bir tələb qoyulur: Azərbaycanda biznes etmək istəyirsinizsə, uşaqlarımızın psixologiyasını istismar etməyə ixtiyarınız yoxdur.
Layihə, yaş yoxlama məqsədi ilə toplanan fərdi məlumatların – bank kartı, e-poçt, mobil nömrə məlumatlarının – kənar şəxslərə ötürülməsini, kommersiya məqsədi ilə istifadəsini qəti qadağan edir.
Provayderlərin hər il yanvarın 15-dək dövlət qurumlarına hesabat təqdim etməsi tələbi məsuliyyətin institutsional formada qoyulması deməkdir. Şirkətlər artıq Azərbaycandakı fəaliyyətlərini gizlədə bilməyəcəklər”.
23:28 / 10 Noyabr 2026
191
23:27 / 10 Noyabr 2026
1
23:17 / 10 Noyabr 2026
229
23:15 / 10 Noyabr 2026
153
23:00 / 10 Noyabr 2026
74
22:58 / 10 Noyabr 2026
83
22:55 / 10 Noyabr 2026
86
22:35 / 10 Noyabr 2026
88
22:30 / 10 Noyabr 2026
239
22:27 / 10 Noyabr 2026
78
22:19 / 10 Noyabr 2026
92
22:04 / 10 Noyabr 2026
161
21:55 / 10 Noyabr 2026
525
21:51 / 10 Noyabr 2026
92
21:49 / 10 Noyabr 2026
208
21:46 / 10 Noyabr 2026
214
21:44 / 10 Noyabr 2026
101
21:40 / 10 Noyabr 2026
97
21:33 / 10 Noyabr 2026
18717
21:19 / 10 Noyabr 2026
114
21:12 / 10 Noyabr 2026
134
21:10 / 10 Noyabr 2026
503
20:56 / 10 Noyabr 2026
113
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.