Bu yaşda ət yemək ömrü uzadır
10 Noyabr 2026, 23:28
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1824
08.06.2026, 19:20
Bakıdakı tıxacların həlli üçün hansı addımlar atılacaq? — Ekspertdən AÇIQLAMA
Bakı şəhərinin köhnə yaşayış fondunun yenilənməsi, abadlıq və infrastruktur layihələrinin icrasını nəzərdə tutan "Bakı Şəhərinin Baş Planı 2040" paytaxtın gələcək simasını və nəqliyyat sistemini kökündən dəyişməyə hədəflənib. Plana əsasən, bir sıra ərazilərdə yeni nəqliyyat dəhlizlərinin və tramvay xətlərinin inşası, metro şəbəkəsinin genişləndirilməsi, tunellərin tikintisi və parkların böyüdülməsi nəzərdə tutulur.
Bəs bu nəhəng infrastruktur layihələri Bakının ən ağrılı problemi olan nəqliyyat sıxlığını və tıxacları necə həll edəcək?
Mövzu ilə bağlı Oxu24.com-un suallarını nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov cavablandırıb.
Aslan Əsədov bildirir ki, Bakı şəhərinin yaxın bir neçə il sonrakı inkişafını nəzərdə tutan bu planlaşdırılma, özlüyündə nəqliyyat infrastrukturunda çox böyük bir perspektivin açılması deməkdir. Bu layihələr şəhər infrastrukturunun daha geniş imkanlara malik olacağından xəbər verir:
“Bu gün paytaxt nəqliyyatının başlıca hədəfi şəhərdəki ümumi tıxac probleminin həllinə yönəlmiş addımların atılmasıdır. Şəhərə daxil olacaq bütün perspektivlərin təmin edilməsi bu problemin aradan qaldırılmasında əsas rol oynayacaq”.
Ekspert vurğulayır ki, nəqliyyat vasitələri arasında, xüsusən də şəhər infrastrukturunun başlıca elementi kimi sərnişindaşımanın təşkili xüsusi önəm kəsb edir:
“Bu gün sərnişindaşıma istər metro ilə olsun, istər tramvay, istər trolleybus, istərsə də digər nəqliyyat infrastrukturu ilə – mütləq şəkildə mövcud olmalıdır. Buna sahə mütəxəssisləri geniş şaxəli bir "predmet" və ya vahid həll mexanizmi deyirlər. Bu qeyd olunan sahələrin hamısının işlənilməsi və birlikdə fəaliyyət göstərməsi günün real iş prinsipinə əsaslanır və gələcəkdə də bu prinsipə əsaslanacaqdır”.
Baş planda yer alan yeni yolların çəkilməsi, tunellərin və metro xətlərinin inşası məsələsinə toxunan Aslan Əsədov bildirib ki, istər yeni tunellər, istərsə də yeni yollar olsun, bunların hamısı texniki əsaslandırma və xüsusi texniki vasitələrlə mümkündür.
Ekspertin sözlərinə görə, bu proses artıq sadəcə insan əməyinin sonunda ortaya çıxan bir nəticə deyil. Hazırda bu sahədə insan əməyindən daha çox, müasir texniki qurğuların və qabaqcıl texniki vasitələrin tətbiqindən söhbət gedir. Bakının gələcək nəqliyyat sistemini qurarkən məhz bu texnoloji tərəqqiyə dəlalət edən addımları mütləq nəzərə almalıyıq.
Çimnaz Ağayeva
23:28 / 10 Noyabr 2026
191
23:27 / 10 Noyabr 2026
1
23:17 / 10 Noyabr 2026
229
23:15 / 10 Noyabr 2026
153
23:00 / 10 Noyabr 2026
74
22:58 / 10 Noyabr 2026
83
22:55 / 10 Noyabr 2026
86
22:35 / 10 Noyabr 2026
88
22:30 / 10 Noyabr 2026
239
22:27 / 10 Noyabr 2026
78
22:19 / 10 Noyabr 2026
92
22:04 / 10 Noyabr 2026
161
21:55 / 10 Noyabr 2026
525
21:51 / 10 Noyabr 2026
92
21:49 / 10 Noyabr 2026
208
21:46 / 10 Noyabr 2026
214
21:44 / 10 Noyabr 2026
101
21:40 / 10 Noyabr 2026
97
21:33 / 10 Noyabr 2026
18717
21:19 / 10 Noyabr 2026
114
21:12 / 10 Noyabr 2026
134
21:10 / 10 Noyabr 2026
503
20:56 / 10 Noyabr 2026
113
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.