İntensiv yağışla bağlı XƏBƏRDARLIQ
10 Noyabr 2026, 23:53
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
590
08.06.2026, 12:48
“Özümüzü aldatmamalıyıq, uşaqların əlindən telefonu almaq faktiki olaraq mümkün deyil”.
Oxu24.com xəbər verir ki, Mətbuat Şurasının sədri Rəşad Məcid Milli Məclisin İnsan hüquqları, Ailə qadın və uşaq məsələləri və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün keçirilən iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun layihəsinin müzakirəsində deyib.
“Mən hesab edirəm ki, bu qanun qəbul olunmalıdır və buna ehtiyac var. Yəqin ki, parlamentdə də müzakirələrdən sonra qəbul ediləcək. Amma eyni zamanda özümüzü aldatmamalıyıq. Bu gün uşaqların əlindən telefonları almaq faktiki olaraq mümkün deyil. Onların həyatı artıq böyük ölçüdə internetdə və sosial mediada cərəyan edir. Bu gün hətta dərs hazırlığında, məlumat axtarışında və müxtəlif tapşırıqların yerinə yetirilməsində süni intellekt alətlərindən, o cümlədən ChatGPT kimi platformalardan istifadə olunur. Biz artıq yeni bir dünyada yaşayırıq və bu reallığı nəzərə almalıyıq. Bu baxımdan hesab edirəm ki, ictimai nəzarət və ictimai qınaq mexanizmləri də vacib rol oynayır. Necə ki, 50 il əvvəl valideynlər övladlarının kimlərlə ünsiyyətdə olduğuna, hansı mühitlərdə vaxt keçirdiyinə diqqət yetirirdilər, bu gün də həmin nəzarət virtual mühitdə həyata keçirilməlidir. Platforma provayderləri 1 ildən sonra hansı yeni oyun çıxaracaqlar, bilmirik. Ona görə də biz yeniliklərlə ayaqlaşmalıyıq, müəyyən filterlər tətbiq etməklə uşaqları bu vərdişlərdən uzaqlaşdırmaq olar”, - deyə Rəşad Məcud qeyd edib.
23:53 / 10 Noyabr 2026
1
23:47 / 10 Noyabr 2026
1105
23:43 / 10 Noyabr 2026
42
23:39 / 10 Noyabr 2026
48
23:28 / 10 Noyabr 2026
248
23:27 / 10 Noyabr 2026
157
23:17 / 10 Noyabr 2026
476
23:15 / 10 Noyabr 2026
160
23:00 / 10 Noyabr 2026
85
22:58 / 10 Noyabr 2026
102
22:55 / 10 Noyabr 2026
101
22:35 / 10 Noyabr 2026
100
22:30 / 10 Noyabr 2026
271
22:27 / 10 Noyabr 2026
84
22:19 / 10 Noyabr 2026
103
22:04 / 10 Noyabr 2026
174
21:55 / 10 Noyabr 2026
570
21:51 / 10 Noyabr 2026
96
21:49 / 10 Noyabr 2026
222
21:46 / 10 Noyabr 2026
229
21:44 / 10 Noyabr 2026
106
21:40 / 10 Noyabr 2026
108
21:33 / 10 Noyabr 2026
18733
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.