İnsanlar 100 yaşdan sonra niyə xərçəngə daha az tutulur? - Alimlər gözlənilməz cavab
22 Avqust 2026, 00:41
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
772
08.06.2026, 11:59
Dövlət icra məmuru vəzifəsinə qəbul olunmaq istəyən şəxslər üçün 17 aprel tarixindən elan olunmuş müsabiqə üzrə ərizə qəbulu yekunlaşıb. Bununla əlaqədar, Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası bildirir ki, müsabiqədə iştirak edən namizədlərlə test imtahanı 12 iyul 2026-cı il tarixində keçiriləcək.
Oxu24.com xəbər verir ki,Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri Binəqədi rayonu, S.S.Axundov küçəsi 50 ünvanında yerləşən elektron imtahanlar korpusunda kompüter vasitəsilə keçiriləcək imtahan buraxılış vərəqəsində göstərilən saatda başlanacaq.
Test imtahanı Mərkəz tərəfindən ödənişli əsaslarla keçirilir. Bununla əlaqədar, hər bir namizəd imtahana buraxılış vərəqəsini Mərkəzin rəsmi saytında qeydiyyatdan keçməklə və müvafiq vəsaiti ödəməklə əldə etməlidir.
İmtahanda namizədlərə icra məmurunun fəaliyyətində tətbiq olunan qanunvericiliyə dair 60 sual, məntiqi nəticələr çıxarmaq qabiliyyətini, ümumi bilik səviyyəsini, dünyagörüşünü və ünsiyyət bacarıqlarını müəyyən edən 40 sual olmaqla, ümumilikdə 100 sual təqdim ediləcək. Qanunvericilik üzrə hər sual 1 balla, məntiqi nəticələr çıxarmaq qabiliyyəti, ümumi bilik səviyyəsi, dünyagörüşü və ünsiyyət bacarıqları üzrə hər sual 0.5 balla qiymətləndiriləcək. Test imtahanında mümkün 80 baldan 55 və daha artıq bal toplamış namizədlər söhbət mərhələsinə buraxılırlar.
Qanunvericilik üzrə sualların hazırlanmasında istifadə olunan normativ hüquqi aktlarla namizədlər linkə daxil olaraq tanış ola bilərlər.
Qeyd edək ki, "Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 673 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə"nin 1.7.1-1.7.4-cü bəndlərində göstərilən aşağıdakı şəxslər müsabiqənin test imtahanı mərhələsindən azad edilirlər:
- prokurorluqda və digər hüquq mühafizə orqanlarında xüsusi və ya hərbi rütbə nəzərdə tutulan vəzifələrdə işləyən şəxslər;
- digər dövlət orqanlarında dövlət qulluğu keçən inzibati vəzifələri tutan şəxslər;
- hüquq sahəsində elmlər doktoru elmi dərəcəsi olan şəxslər;
- əvvəllər hakim işləmiş şəxslər.
Müsabiqənin test imtahanı mərhələsindən müvəffəqiyyətlə keçən, habelə həmin imtahandan azad olunmuş və söhbətdə iştirak etmək istəyən şəxslər 13 iyuldan etibarən “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət icra məmurlarının qulluğa qəbulu ilə bağlı müsabiqənin və icbari təlimin keçirilməsi Qaydası”nın 2.7-ci bəndində nəzərdə tutulmuş sənədləri 15 iş günü ərzində Nazirliyin İnsan resursları idarəsinə təqdim etməlidirlər.
Təqdim etdiyi sənədlərə görə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunla müəyyən edilmiş tələblərə cavab verən namizədlər müsabiqənin ikinci mərhələsinə – söhbətə buraxılacaqlar.
Əlavə məlumat üçün (012) 510-10-01 (daxili: 10705, 10713, 10409, 10416) nömrəli telefonla əlaqə saxlamaq olar.
00:41 / 22 Avqust 2026
1
00:03 / 22 Avqust 2026
63
23:49 / 21 Avqust 2026
61
23:00 / 21 Avqust 2026
63
22:39 / 21 Avqust 2026
71
22:25 / 21 Avqust 2026
79
22:11 / 21 Avqust 2026
82
21:57 / 21 Avqust 2026
94
21:30 / 21 Avqust 2026
85
20:56 / 21 Avqust 2026
88
20:52 / 21 Avqust 2026
70
20:14 / 21 Avqust 2026
82
19:42 / 21 Avqust 2026
95
19:21 / 21 Avqust 2026
98
19:08 / 21 Avqust 2026
177
18:46 / 21 Avqust 2026
105
18:41 / 21 Avqust 2026
79
18:33 / 21 Avqust 2026
97
18:20 / 21 Avqust 2026
77
18:10 / 21 Avqust 2026
117
17:59 / 21 Avqust 2026
103
17:45 / 21 Avqust 2026
126
17:30 / 21 Avqust 2026
107
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.