Azərbaycanda bu kənddə heç kim "qocalmır" - 3 dəfə yandırılan, yolu olmayan yerdən VİDEOREPORTAJ
27 İyul 2026, 18:45
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1252
13.05.2026, 16:11
Nizami Tibb Mərkəzinin direktor müavini, doğum evinin rəhbəri təyin olunan professor Fərəh Qaraqurbanlı tanınmış ailənin nümayəndəsidir.
Oxu24.com “Yeni Sabah”-a istinadən xəbər verir ki, o, akademik Afad Qurbanovun qızıdır.
Əslən Qərbi Azərbaycandan olan A.Qurbanov Azərbaycanın görkəmli dilçi-alimi, türkoloqu və tanınmış ictimai-siyasi xadimi, ölkəmizdə dilçilik üzrə elmi məktəbin yaradıcısı, hazırkı latın qrafikalı Azərbaycan əlifbasının müəllifidir. 1990-cı ildə Əlifba Komissiyasının sədri olmuş filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi və Dövlət mükafatı laureatı Afad Qurbanov, həmçinin SSRİ Pedaqoji Elmlər Akademiyasının akademiki, Azərbaycan SSR Elmlər Akademiyasının üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü və Natiqlik Cəmiyyətinin sədri vəzifələrində çalışıb. Toyuqlu pizza
Anası Zöhrəxanım Qurbanova isə tibb elmləri namizədidir.
Fərəh Qaraqurbanlının bir qardaşı - Rəşad Qurbanov hüquq elmləri doktoru, professor, Rusiya Federasiyasının Əməkdar hüquqşünası və Əməkdar elm xadimidir.
F.Qaraqurbanlının digər qardaşı - Ramin Qaraqurbanlı da hüquqşünas-alimdir. O, Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının sabiq rəhbəri, Bakı Apelyasiya Məhkəməsinin hakimi, Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının İdarə Heyətinin üzvü, hüquq elmləri doktoru, Q.V.Plexanov adına Rusiya İqtisad Universitetinin mülki-hüquq fənləri kafedrasının professorudur.
Digər qardaşı Fuad Qurbanov isə tibb elmləri doktorudur.
F.Qaraqurbanlının bacısı Fidan Qurbanova da elm adamıdır. O, filologiya elmləri doktoru, professordur. Fidan Qurbanova Bakı Slavyan Universitetinin Tərcümə fakültəsinin dekanı vəzifəsində işləyib.
Qeyd edək ki, tibb elmləri doktoru, professor Qaraqurbanlı Fərəh Afad qızı Nizami Tibb Mərkəzinə direktor müavini, doğum evinin rəhbəri vəzifəsinə təyin edilib. O, 2008-ci ildən hazırkı təyinatınadək Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində və “Baku Medical Plaza”da həkim-mama-ginekoloq, həmçinin 2018-ci ildən Azərbaycan Dillər Universitetinin Mülki müdafiə və tibbi biliklərin əsasları kafedrasında müəllim vəzifəsində çalışıb.
18:45 / 27 İyul 2026
1
18:33 / 27 İyul 2026
27
18:30 / 27 İyul 2026
159
18:22 / 27 İyul 2026
31
18:20 / 27 İyul 2026
2824
18:10 / 27 İyul 2026
51
17:59 / 27 İyul 2026
53
17:40 / 27 İyul 2026
65
17:23 / 27 İyul 2026
141
17:07 / 27 İyul 2026
74
17:00 / 27 İyul 2026
75
16:42 / 27 İyul 2026
72
16:21 / 27 İyul 2026
74
16:18 / 27 İyul 2026
184
16:16 / 27 İyul 2026
97
15:59 / 27 İyul 2026
103
15:45 / 27 İyul 2026
89
15:21 / 27 İyul 2026
97
15:20 / 27 İyul 2026
96
15:17 / 27 İyul 2026
77
14:59 / 27 İyul 2026
90
14:34 / 27 İyul 2026
87
14:28 / 27 İyul 2026
77
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.