Bakıda güclü yanğın başladı
07 İyul 2026, 22:44
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
5538
13.05.2026, 14:36
Azərbaycanda diplomatik xidmət əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində yeni addım atılır.
Yeni qanun layihəsinə əsasən, müddətli həqiqi hərbi və ya alternativ xidmətə çağırılması ilə əlaqədar diplomatik xidmətinə xitam verilmiş əməkdaşlara orta aylıq dövlət məvacibinin 3 misli miqdarında birdəfəlik müavinət ödəniləcək. Bu təşəbbüs diplomatların hərbi xidmət dövründə maddi təminatının qorunması və onların sosial rifahının yaxşılaşdırılması məqsədi daşıyır.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən hərbi ekspert Emin Həsənli bildirib ki, müxtəlif peşə sahələrində əməkhaqqı və təminat fərqlərinin olması dünya praktikasında qəbul edilmiş bir qaydadır. Ekspert qeyd edib ki, xidmət şəraiti, həyat riski və fəaliyyət çətinliyi bu cür imtiyazların müəyyənləşməsində əsas meyarlardır:
"Silahlı Qüvvələrin özündə də kəşfiyyatçıların və xüsusi təyinatlıların əməkhaqqısı fərqlidir. Burada həyat riskindən tutmuş, fəaliyyətin çətinlik və məhrumiyyət dərəcəsinə qədər bir çox amillər rol oynayır. Elə xidmət sahələri var ki, orada insan ailə üzvləri ilə çox az təmasda olur, yüksəklikdə və ya mürəkkəb relyefli ərazilərdə çətin şəraitdə xidmət edir. Zaman və məkan anlamı burada mütləq nəzərə alınır”.
Diplomatların fəaliyyətinə toxunan ekspert vurğulayıb ki, onların xarici ölkələrdəki xidməti də özünəməxsus çətinliklərlə müşayiət olunur:
"Diplomatik fəaliyyətdə də yaşadıqları ölkənin iqtisadiyyatına uyğun təminat məsələləri və həmin mühitin gətirdiyi məhrumiyyətlər var. Bu cür tənzimləmələr tək Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində tətbiq olunur və tam məntiqlidir”.
Emin Həsənli həmçinin əlavə edib ki, dövlət hər bir vətəndaşın və hərbi qulluqçunun sosial vəziyyətinin, sağlamlığının və təhlükəsizliyinin qorunması üçün ən müasir standartları tətbiq etməyə çalışır. Bu cür müavinətlərin gələcəkdə digər sahələrə və ya dövlət qulluqçularına şamil olunması məsələsi isə xidmətin xüsusiyyətlərindən və dövlətin sosial siyasətindən asılı olaraq dəyərləndirilə bilər.
Çimnaz Telmanqızı
22:44 / 07 İyul 2026
30
22:33 / 07 İyul 2026
43
22:25 / 07 İyul 2026
42
21:41 / 07 İyul 2026
65
21:07 / 07 İyul 2026
84
20:33 / 07 İyul 2026
85
20:23 / 07 İyul 2026
86
20:01 / 07 İyul 2026
84
19:57 / 07 İyul 2026
100
19:44 / 07 İyul 2026
100
19:22 / 07 İyul 2026
94
18:58 / 07 İyul 2026
104
18:26 / 07 İyul 2026
110
18:11 / 07 İyul 2026
100
17:55 / 07 İyul 2026
122
17:55 / 07 İyul 2026
99
17:40 / 07 İyul 2026
105
17:38 / 07 İyul 2026
104
17:30 / 07 İyul 2026
113
17:22 / 07 İyul 2026
111
17:18 / 07 İyul 2026
119
17:11 / 07 İyul 2026
105
17:05 / 07 İyul 2026
116
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.