16 yaşlı oğlanın dənizdə axtarışları davam edir
07 İyul 2026, 12:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
491
13.05.2026, 13:05
Son illər xüsusilə şəhərin mərkəzi hissəsində yerləşən bəzi çayxana, kafe və restoranlarda bir stəkan çayın qiyməti ilə bağlı narazılıqlar artmaqdadır.
Ən çox müzakirə olunan məqamlardan biri isə maya dəyəri olduqca aşağı olan çayın bəzi məkanlarda həddindən artıq yüksək qiymətə təqdim edilməsidir. Elə məkanlar var ki, orada bir çay üçün tələb olunan məbləğlə başqa bir yerdə tam nahar etmək mümkündür.
Bu isə cəmiyyətdə haqlı olaraq suallar yaradır: Məkan sahibi çayı istədiyi qiymətə sata bilər? Bu, istehlakçı hüquqlarının pozulması sayılır? Belə hallara qarşı vahid və ya sabit qiymət tətbiq edilə bilərmi?
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Hit.az-a açıqlamasında deyib ki, 14 ildən artıqdır ölkəmizdə maraqlı və narahatlıq doğuran bir vəziyyət hökm sürür:
“Bakı və bölgələrdə bəzi çayxanalarda bir çaynik çay və yanında bir-iki şirniyyat istehlakçıya 50 manata, hətta daha yüksək qiymətə təqdim olunur. Mən özüm də bu hallarla qarşılaşmışam. Xarici ölkədən olan qonaqlarımla birlikdə çay içdiyimiz zaman bizdən bir çaynik çaya görə yüksək məbləğ tələb olundu və həmin məbləği ödəməli oldum.
Mən hər zaman Azərbaycan çayxanaları ilə fəxr etmişəm. Çünki bizim gənclər bir çox Avropa ölkələrindən fərqli olaraq vaxtlarını pivə və spirtli içki məclislərində deyil, çayxanalarda keçirirlər. Bu, çox gözəl bir nümunədir və bunu xaricdən gələn qonaqlarıma da fəxrlə göstərirəm”.
Lakin mütəxəssis bir daha qeyd edib ki, çayxanalarda tətbiq olunan əsassız yüksək qiymətlər artıq 14 ildir davam edir:
“Dövlət orqanları isə bu məsələyə birbaşa müdaxilə edə bilmir, çünki qiymətlər sərbəstdir və sahibkar istədiyi məhsulu istədiyi qiymətə sata bilər. Təəssüf ki, bəzi biznes qurumları hökumətin sahibkarlıq üçün yaratdığı əlverişli və toxunulmaz mühitdən sui-istifadə edirlər. Bu isə həm yerli istehlakçıların narazılığına səbəb olur, həm də turizmin inkişafına mənfi təsir göstərir”.
Həmsöhbətimizin sözlərinə görə, biznes assosiasiyaları və aidiyyəti qurumlar bir araya gələrək bu kimi problemlərin həlli üçün addımlar atmalıdır:
“Çünki həm yerli, həm də xarici istehlakçılar çayxanalarda tətbiq olunan qiymət siyasətindən ciddi şəkildə narazıdırlar. Hazırda bu sahədə tələb təklifi üstələdiyi üçün bəzi obyektlər istehlakçılar qarşısında istədikləri şərtləri irəli sürə bilirlər.”
12:25 / 07 İyul 2026
1
12:18 / 07 İyul 2026
18
12:00 / 07 İyul 2026
384
11:58 / 07 İyul 2026
53
11:52 / 07 İyul 2026
131
11:51 / 07 İyul 2026
44
11:33 / 07 İyul 2026
57
11:22 / 07 İyul 2026
88
11:10 / 07 İyul 2026
69
11:09 / 07 İyul 2026
67
11:05 / 07 İyul 2026
67
11:01 / 07 İyul 2026
208
10:53 / 07 İyul 2026
280
10:48 / 07 İyul 2026
65
10:46 / 07 İyul 2026
67
10:39 / 07 İyul 2026
79
10:32 / 07 İyul 2026
71
10:15 / 07 İyul 2026
449
10:12 / 07 İyul 2026
84
09:59 / 07 İyul 2026
84
09:58 / 07 İyul 2026
1033
09:38 / 07 İyul 2026
527
09:34 / 07 İyul 2026
157
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.