Azərbaycanın əməkdar artisti VƏFAT ETDİ
11 Noyabr 2026, 21:14
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
10127
13.05.2026, 00:05
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə may ayı üçün pensiyaların ödəniş tarixi açıqlanıb. Məlumata görə, qeyd olunan ərazilərdə pensiyalar bu ayın 14-də vətəndaşların bank kartlarına köçürüləcək. Pensiya əhalinin sosial təminatı ilə bağlı vacib addım olduğundan, dövlət sözügedən məsələyə olduqca həssas yanaşır. Bu fonda təqaüdlərin adətən hər ayın 7-10-nu aralığında verilməsi heç kimə sirr deyil. Lakin bir neçə aydır pensiyaların hər ayın 14-ü verilməsi diqqət çəkir. Tarix dəyişikliyi isə vətəndaşlar tərəfindən narahatlıqla qarşılanır.
Bəs Pensiya ödənişlərinin ayın ortalarına çəkilməsi nə ilə bağlıdır? Bunun səbəbi nədir?
.
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, pensiyaların əvvəlki aylarda olduğu kimi 8-9-u əvəzinə may ayının 14-nə keçirilməsi sistemli gecikmə hesab olunmur.
"Dövlət Sosial Müdafiə Fondu pensiyaları adətən hər ayın 8-15-i aralığında köçürür və konkret tarix sabit deyil. Bu isə həftəsonu günləri, bayramlar, bankların iş qrafiki və xəzinədarlıq əməliyyatlarının yükü ilə əlaqədardır.
May ayında bayram, eləcə də şənbə və bazar günlərinin olması ilə əlaqədar dövlət qurumları və banklar yalnız ayın 12-dən etibarən fəaliyyətə başlayır. Bu isə vəsaitin xəzinədarlıqdan banklara ötürülməsi və kartlara köçürülməsi prosesinin 1-2 iş günü uzanmasına gətirib çıxarır. Nəticədə ödənişlərin ayın 14-nə təsadüf etməsi qaçılmaz olur".
Akif Nəsirli vurğulayıb ki, bu hal yalnız may ayına aiddir və büdcədə vəsait çatışmazlığı və ya pensiyaların azaldılması kimi məsələlərlə bağlı deyil.
"Əvvəlki aylarda da pensiyaların 13-14-cü günlərdə ödənildiyi hallar müşahidə olunub. Qanunvericiliyə əsasən isə pensiyalar müvafiq ayın 15-dək ödənilməlidir, 8-9 tarixləri sadəcə praktiki olaraq formalaşmış ənənədir.
Vətəndaşların narahat olmasına əsas yoxdur və pensiyalar mayın 14-də kartlara köçürüləcək. Gələcək aylarda isə ödəniş tarixləri yenidən 8-9, yaxud digər günlərə düşə bilər. Əgər ödənişlər ayın 15-dən sonraya qalarsa, vətəndaşlara Dövlət Sosial
Müdafiə Fondunun 142 qaynar xətti ilə əlaqə saxlamaq tövsiyə olunur".
Məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondundan da KONKRET.az-a bildirilib ki, ölkə üzrə sosial ödənişlər, o cümlədən pensiyalar qanunvericiliyə görə ayın sonunadək ödənilməli olsa da, təsdiqlənmiş qrafik əsasında daha erkən tarixlərdə həyata keçirilir. Qurum qeyd edib ki, cari və növbəti ayların pensiyaları da əvvəlki dövrlərdə olduğu kimi ay yekunlaşmadan vətəndaşların bank kartlarına köçürüləcək.
Rəsmi açıqlamada o da vurğulanıb ki, Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar hər ayın 8-15-i aralığında, respublikanın digər bölgələrində, eləcə də güzəştli şərtlərlə təyin olunan pensiyalar isə 20-28-i aralığında ödənilir.
Qurum əlavə edib ki, sosial ödənişlərin konkret tarixləri barədə vətəndaşlara əvvəlcədən məlumat verilir və indiyədək cari ayın pensiyasının növbəti aya keçirilməsi kimi gecikmə halları qeydə alınmayıb.
21:14 / 11 Noyabr 2026
140
21:08 / 11 Noyabr 2026
226
21:05 / 11 Noyabr 2026
82
20:58 / 11 Noyabr 2026
88
20:49 / 11 Noyabr 2026
463
20:47 / 11 Noyabr 2026
80
20:28 / 11 Noyabr 2026
91
20:22 / 11 Noyabr 2026
115
20:19 / 11 Noyabr 2026
90
20:08 / 11 Noyabr 2026
95
19:57 / 11 Noyabr 2026
473
19:49 / 11 Noyabr 2026
122
19:43 / 11 Noyabr 2026
107
19:33 / 11 Noyabr 2026
132
19:19 / 11 Noyabr 2026
178
19:07 / 11 Noyabr 2026
118
18:42 / 11 Noyabr 2026
494
18:39 / 11 Noyabr 2026
262
18:35 / 11 Noyabr 2026
191
18:30 / 11 Noyabr 2026
231
18:29 / 11 Noyabr 2026
265
18:23 / 11 Noyabr 2026
153
18:17 / 11 Noyabr 2026
247
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.