Azərbaycanın əməkdar artisti VƏFAT ETDİ
11 Noyabr 2026, 21:14
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
716
12.05.2026, 20:17
Məktəbəqədər təhsil müəssisələrində uşaqların sağlam böyüməsi və inkişafı üçün qidalanma rejimi ən mühüm amillərdən biridir.
Valideynləri və cəmiyyəti maraqlandıran bu vacib mövzu ilə bağlı Oxu24.com-a Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova öz tövsiyələrini və mövcud standartları açıqlayıb.
Mütəxəssis bildirib ki, həm dövlət, həm də özəl bağçalarda uşaqların qidalanması mütləq şəkildə ciddi nəzarət altında saxlanılmalıdır. Bu nəzarət mexanizmi bir neçə pillədən ibarətdir:
“Hər bir müəssisənin rəhbərliyi gündəlik qida rasionuna birbaşa məsuliyyət daşıyır. Səhiyyə Nazirliyi, məktəbəqədər təhsil müəssisələrinə nəzarət edən qurumlar və qida təhlükəsizliyi ilə bağlı aidiyyatı orqanlar tərəfindən mütəmadi yoxlamalar aparılmalıdır. Qidaları hazırlayan heyətin vaxtlı-vaxtında tibbi müayinədən keçməsi və bu barədə məlumatların qeyd olunması vacib şərtdir”.
Məhsəti Hüseynova vurğulayıb ki, uşaqlara təqdim olunan yeməklər əvvəlcədən tərtib edilmiş xüsusi normalara əsaslanmalıdır. Menyular hazırlanarkən aşağıdakı meyarlar əsas götürülməlidir:
“Qidalar müxtəlif yaş qruplarındakı uşaqların ehtiyaclarına uyğun olmalıdır. Vitamin və mineral balansı tam təmin edilməlidir.
Yeməklər mütləq təbii və təzə ərzaqlardan hazırlanmalıdır. Yeməklər müxtəlif bağçalarda fərqli şəkildə təqdim oluna bilər, lakin əsas hədəf uşaqların inkişafı üçün lazım olan enerjini və qida maddələrini onlara düzgün çatdırmaqdır”.
Uşaqların fiziki və əqli inkişafı birbaşa onların nə yediyindən asılıdır. Mütəxəssis qeyd edir ki, mərkəzi və yerli orqanların nəzarəti ilə yanaşı, bağçalarda daxili nizam-intizamın güclü olması uşaqların gələcək sağlamlığı üçün zəmanətdir.
Uşaq bağçalarında qidalanma standartlarına əməl olunması hər bir müəssisənin prioritet vəzifəsi olmalıdır.
Çimnaz Telmanqızı
21:45 / 11 Noyabr 2026
25
21:14 / 11 Noyabr 2026
168
21:08 / 11 Noyabr 2026
266
21:05 / 11 Noyabr 2026
95
20:58 / 11 Noyabr 2026
97
20:49 / 11 Noyabr 2026
497
20:47 / 11 Noyabr 2026
85
20:28 / 11 Noyabr 2026
93
20:22 / 11 Noyabr 2026
116
20:19 / 11 Noyabr 2026
95
20:08 / 11 Noyabr 2026
96
19:57 / 11 Noyabr 2026
504
19:49 / 11 Noyabr 2026
126
19:43 / 11 Noyabr 2026
111
19:33 / 11 Noyabr 2026
135
19:19 / 11 Noyabr 2026
181
19:07 / 11 Noyabr 2026
124
18:42 / 11 Noyabr 2026
505
18:39 / 11 Noyabr 2026
271
18:35 / 11 Noyabr 2026
196
18:30 / 11 Noyabr 2026
238
18:29 / 11 Noyabr 2026
270
18:23 / 11 Noyabr 2026
155
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.