Əksər bölgələrdə yağış və şimşək müşahidə olunur
07 İyul 2026, 09:59
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
586
12.05.2026, 19:29
İlk baxışda zərərsiz görünsə də, bəzi çay növləri reseptsiz və ya həkim təyinatı ilə qəbul edilən dərmanlarla qarşılıqlı təsirə girə bilər.
Oxu24.com "Health" nəşrinə istinadən xəbər verir ki, bu, dərmanların təsirini zəiflədə və ya yan təsirlərin riskini artıra bilər.
Nəşr əczaçı Erika Prautinin çayla birlikdə qəbul edilməməsi tövsiyə olunan dərmanların siyahısını təqdim edib.
1. Aspirin
“Singapore Medical Journal” jurnalında qeyd olunur ki, mərcanı, zəncəfil və “ginkgo biloba” tərkibli bəzi çaylar aspirinlə qarşılıqlı təsirə girərək qanaxma riskini artıra bilər. Xüsusilə bu çaylar çox miqdarda qəbul edildikdə risk yüksəlir.
Məqalədə vurğulanır ki, aspirinin ciddi yan təsirlərindən biri qanın laxtalanmasını zəiflətməsidir. Bu isə xüsusilə mədə və beyində qanaxma ehtimalını artırır.
2. Dəmir preparatları
“Frontiers” saytında yayımlanan məqalədə bildirilir ki, yaşıl və qara çay kimi yüksək tanin tərkibli çaylar dəmirin mənimsənilməsini azalda bilər. Taninlər dəmirlə birləşərək onun orqanizm tərəfindən istifadə olunmasını çətinləşdirir.
“MedlinePlus” yazır ki, bu xüsusilə dəmir çatışmazlığı riski olan insanlar üçün актуaldır. Buraya menstruasiya dövründə olan qadınlar, hamilələr, yeni doğuş etmiş qadınlar və uzun məsafəyə qaçan idmançılar daxildir.
Bəzi tədqiqatçılar hesab edir ki, çayı dəmir preparatından ən azı bir saat əvvəl və ya sonra içmək bu təsiri azalda bilər.
3. Fol turşusu
Araşdırmalar göstərir ki, yaşıl çayın həddindən artıq qəbulu qanda folat səviyyəsini əhəmiyyətli dərəcədə azalda bilər.
Məqalədə qeyd olunur: “Yaşıl və ulunq çayında olan katexin adlı antioksidantlar orqanizmin folatı mənimsəmə qabiliyyətini azalda bilər”.
Mütəxəssislər buna görə hamilə qadınlara bu çay növlərini məhdudlaşdırmağı tövsiyə edir. Çünki bu vəziyyət uşaqlarda onurğa bifidası riskini artıra bilər.
4. Asetaminofen
Qəhvə yarpağı çayı və hibiskus çayı kimi bəzi çay növləri “Tylenol” preparatının (asetaminofen) təsirinə müdaxilə edə və onun yan təsirlərini gücləndirə bilər.
Bundan əlavə, hibiskus çayının asetaminofenin qandan daha sürətlə xaric olunmasına səbəb olduğu müəyyən edilib. Bu isə preparatın təsir müddətini azalda və ya ağrıkəsici effektini zəiflədə bilər.
5. Omeprazol
Bəzi araşdırmalar göstərib ki, “ginkgo biloba”, rodiola və zəncəfil ekstraktı olan çaylar omeprazolun təsirinə təsir göstərə bilər.
Nəşr xatırladır ki, omeprazol qastroezofageal reflüks xəstəliyinin (GERD) və mədə yanmasının müalicəsində istifadə olunur.
Omeprazolun ciddi yan təsirlərindən biri qanaxma riskidir. “Ginkgo biloba” ekstraktı da oxşar təsir göstərə bilər.
6. Doğuşa nəzarət həbləri
Bəzi araşdırmalar çobanyastığı və ya dazıotu ilə birlikdə qəbul edilən kontraseptiv həblərin təsirinin zəifləyə biləcəyini göstərir.
Nəşr bildirir ki, bu əlavələri qəbul edən şəxslər dərman və çay arasında müəyyən zaman fərqi saxlamalı və ya lazım gəldikdə başqa bitki çaylarına keçməlidirlər.
7. Allergiya dərmanları
Dazıotu və “black cohosh” kimi bəzi bitki çayları “Allegra” (feksofenadin) kimi allergiya dərmanlarının təsirini azalda bilər.
Məqalədə qeyd olunur: “Əgər siz reseptsiz dərman qəbul etdiyiniz müddətdə gündəlik çay vərdişinizi davam etdirmək istəyirsinizsə, istifadə etdiyiniz çayların dərmanlarla qarşılıqlı təsir yaradıb-yaratmadığını əczaçıdan soruşmaq faydalı olar”.
Nəşr xüsusilə dazıotu tərkibli çayların reseptsiz dərmanlarla eyni vaxtda qəbul edilməsindən çəkinməyi tövsiyə edir.Demokrat.az
09:59 / 07 İyul 2026
1
09:58 / 07 İyul 2026
90
09:38 / 07 İyul 2026
234
09:34 / 07 İyul 2026
58
09:27 / 07 İyul 2026
41
09:24 / 07 İyul 2026
53
09:16 / 07 İyul 2026
188
09:11 / 07 İyul 2026
147
09:08 / 07 İyul 2026
48
00:44 / 07 İyul 2026
148
00:18 / 07 İyul 2026
658
00:16 / 07 İyul 2026
156
00:12 / 07 İyul 2026
145
00:10 / 07 İyul 2026
312
00:02 / 07 İyul 2026
140
23:56 / 06 İyul 2026
248
23:56 / 06 İyul 2026
133
23:46 / 06 İyul 2026
698
23:41 / 06 İyul 2026
268
23:32 / 06 İyul 2026
312
23:08 / 06 İyul 2026
1422
23:02 / 06 İyul 2026
634
22:53 / 06 İyul 2026
126
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.