Kəlbəcərdə ayılar kəndə hücum etdilər: Təsərrüfata ciddi ziyan dəydi - Video
11 Noyabr 2026, 23:01
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1004
09.05.2026, 23:44
Türk Mədəniyyəti və İrsi Fondu ilə Memarlar İttifaqının birgə layihəsi:
Əcəmi Naxçıvaninin 900 illiyinə həsr olunmuş "Azərbaycan memarlıq irsinin dühası" kitabının təqdimatı keçirilib
8 May 2026-cı il tarixində Türk Mədəniyyəti və İrsi Fondu və Azərbaycan Memarlar İttifaqının birgə təşkilatçılığı ilə Memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr olunmuş “Azərbaycan memarlıq irsinin dühası” kitabının və hədiyyə poçt markalarının təqdimat mərasimi keçirilib.
Tədbir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin görkəmli memar Əcəmi Naxçıvaninin 900 illiyinin qeyd edilməsi və Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq ili” elan edilməsi haqqında müvafiq Sərəncamlarına əsasən keçirilmişdir.
Açılışda çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova iki gündən sonra anadan olmasının növbəti ildönümü qeyd ediləcək Azərbaycan xalqının Ümummilli Lideri, Ulu öndər Heydər Əliyevin “Türk dövlətləri arasında əməkdaşlıq nə qədər güclü olarsa, xalqlarımız da bir o qədər güclü olar” kəlamını xatırladıb.
Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən həyata keçirilən layihələr, o cümlədən təqdim olunan bu nəşr məhz həmin ideyaya – türk xalqlarının ortaq mədəni dəyərlər ətrafında daha sıx birləşməsinə xidmət etdiyini bildirib.
Fondun prezidentinin sözlərinə görə, 2025-ci il dekabrın 15-də Parisdə, UNESCO-nun mənzil-qərargahında keçirilən Türk Dilləri Ailəsi Günü çərçivəsində Əcəmi Naxçıvaninin 900 illik yubileyi beynəlxalq səviyyədə qeyd olunub. Tədbir zamanı sözügedən kitabın təqdimatı keçirilib, eyni zamanda, dahi memarın zəngin yaradıcılıq irsini əks etdirən sərgi təşkil edilib.
O, layihənin həyata keçirilməsində Azərbaycan Memarlar İttifaqının və nəşrin hazırlanmasında əməyi keçən hər kəsin xüsusi rolunu qeyd edərək onlara təşəkkürünü bildirib.
Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə açılış nitqlərinə davam edərək bildirib ki, Əcəmi Naxçıvani Azərbaycan memarlığında Naxçıvan memarlıq məktəbinin əsasını qoymuş ən görkəmli memarlardan biridir.
Sonra Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayevin videomüraciəti nümayiş olunub.
Tədbir çərçivəsində çıxış edən Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, parlamentin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli, Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini Səadət Yusifova, “Azərbaycan memarlıq irsinin dühası” kitabının müəllifi, memarlıq üzrə fəlsəfə doktoru Rahibə Əliyeva nəşrin elmi və bədii əhəmiyyətinə toxunublar.
Tədbir bədii hissə ilə davam edib.
23:09 / 11 Noyabr 2026
13
23:03 / 11 Noyabr 2026
19
23:01 / 11 Noyabr 2026
53
22:55 / 11 Noyabr 2026
53
22:38 / 11 Noyabr 2026
95
22:31 / 11 Noyabr 2026
74
22:26 / 11 Noyabr 2026
5999
22:22 / 11 Noyabr 2026
81
22:20 / 11 Noyabr 2026
77
22:15 / 11 Noyabr 2026
854
22:11 / 11 Noyabr 2026
82
22:07 / 11 Noyabr 2026
91
22:06 / 11 Noyabr 2026
89
21:59 / 11 Noyabr 2026
129
21:45 / 11 Noyabr 2026
91
21:14 / 11 Noyabr 2026
802
21:08 / 11 Noyabr 2026
442
21:05 / 11 Noyabr 2026
121
20:58 / 11 Noyabr 2026
128
20:49 / 11 Noyabr 2026
610
20:47 / 11 Noyabr 2026
114
20:28 / 11 Noyabr 2026
115
20:22 / 11 Noyabr 2026
133
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.