Külək səbəbindən təcili yardıma müraciət edənlərin sayı artıb
27 İyul 2026, 17:23
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
837
09.05.2026, 21:38
Son illərdə vitamin və mineral əlavələrinin nəzarətsiz istifadəsi sürətlə artıb.
Sosial şəbəkələrdə yayılan tövsiyələr, tanış məsləhətləri və "tez effekt" vədləri səbəbindən bir çox insan bu preparatları həkimə müraciət etmədən qəbul edir.
Oxu24.com bildirir ki, mütəxəssislər isə xəbərdarlıq edir ki, əlavələr zərərsiz deyil və yanlış istifadə ciddi sağlamlıq problemləri yarada bilər.
Belə ki, immuniteti gücləndirmək, yorğunluğu azaltmaq və beyni dəstəkləmək məqsədilə qəbul edilən əlavələr belə, nəzarətsiz istifadə olunduqda orqanlara zərər verə bilər. Vitamin və minerallar "populyar olduğu üçün" deyil, yalnız laborator analizlə sübut olunmuş çatışmazlıq olduqda qəbul edilməlidir.
Hazırda ən çox istifadə edilən əlavələr arasında D vitamini, B12 vitamini, dəmir, maqnezium və kalsium yer alır. Bu əlavələr, adətən, yorğunluq, zəiflik, diqqət azalması, immun sisteminin gücləndirilməsi və ümumi sağlamlığın qorunması məqsədilə istifadə olunur.
D vitamini
D vitamini orqanizmdə kalsium-fosfor balansını tənzimləyir və sümük sağlamlığında mühüm rol oynayır. Əsas mənbə günəş işığıdır. Qida olaraq yağlı balıqlar, yumurta sarısı və süd məhsullarında da mövcuddur.
Çatışmazlıq hallarında yorğunluq, əzələ ağrıları, sümük zəifliyi və tez-tez infeksiyalar müşahidə edilə bilər. Lakin həddindən artıq qəbul qanda kalsiumun yüksəlməsinə səbəb olur. Bu isə ürəkbulanma, qusma, böyrək daşları və hətta orqan zədələnməsi ilə nəticələnə bilər.
Dəmir
Dəmir qanın tərkibində oksigen daşınmasında əsas rol oynayır. Xüsusilə qadınlar, hamilələr və uşaqlar üçün vacib mineraldır. Çatışmazlığı anemiya ilə nəticələnir və bu zaman zəiflik, solğunluq, nəfəs darlığı, başgicəllənmə və ürək döyüntüsü artır.
Lakin dəmirin nəzarətsiz qəbulu mədə-bağırsaq pozğunluqları, qarın ağrısı və qəbizlik yarada bilər. Uzunmüddətli yüksək doza qaraciyər, ürək və mədəaltı vəzidə ciddi zədələnmələrə səbəb ola bilər.
B12 vitamini
B12 vitamini sinir sistemi və yaddaş funksiyaları üçün mühüm rol oynayır. Ət, balıq, yumurta və süd məhsullarında bol olur.
Çatışmazlıq yorğunluq, unutqanlıq və sinir sistemi problemləri yarada bilər. Lakin yüksək dozada qəbul mədə narahatlığı, ürəkbulanma, ishal və uzun müddətdə sinir sistemi balansının pozulmasına səbəb ola bilər.
Maqnezium
Maqnezium sinir sistemi, əzələlərin işləməsi və enerji istehsalında iştirak edir. Stressin azalmasına və yuxunun yaxşılaşmasına kömək etdiyi üçün son illərdə çox populyarlaşıb.
Lakin hər kəsdə çatışmazlıq olmadığı üçün ehtiyac olmadan qəbul edilməsi ishala, qarın ağrısına və təzyiqin düşməsinə səbəb ola bilər. Böyrək xəstəliyi olan şəxslərdə isə risk daha yüksəkdir.
Kalsium
Kalsium sümük və dişlərin əsas quruluş elementidir. Süd məhsulları, yaşıl yarpaqlı tərəvəzlər və bəzi balıqlarda olur.
Çatışmazlıq osteoporoz, sümük qırıqları və əzələ spazmları ilə nəticələnə bilər. Lakin yüksək doza böyrək daşlarının yaranması, qəbizlik və böyrək funksiyasının zəifləməsi riskini artırır.
Mütəxəssislər xəbərdarlıq edir ki, vitamin və mineral əlavələri "sağlamlıq üçün mütləqdir" düşüncəsi ilə nəzarətsiz istifadə edilməməlidir. Ən doğru yanaşma balanslı qidalanma, mütəmadi tibbi analizlər və yalnız ehtiyac olduqda həkim tərəfindən təyin edilən əlavələrdir./qafqazinfo
17:23 / 27 İyul 2026
65
17:07 / 27 İyul 2026
49
17:00 / 27 İyul 2026
50
16:42 / 27 İyul 2026
57
16:21 / 27 İyul 2026
60
16:18 / 27 İyul 2026
120
16:16 / 27 İyul 2026
70
15:59 / 27 İyul 2026
78
15:45 / 27 İyul 2026
76
15:21 / 27 İyul 2026
83
15:20 / 27 İyul 2026
85
15:17 / 27 İyul 2026
69
14:59 / 27 İyul 2026
83
14:34 / 27 İyul 2026
78
14:28 / 27 İyul 2026
70
14:04 / 27 İyul 2026
97
13:59 / 27 İyul 2026
102
13:55 / 27 İyul 2026
87
13:50 / 27 İyul 2026
99
13:47 / 27 İyul 2026
73
13:40 / 27 İyul 2026
108
13:30 / 27 İyul 2026
100
13:15 / 27 İyul 2026
96
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.