“Manset.az” 5 yaşında -MÜSAHİBƏ
10 İyun 2026, 10:53
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
442
07.05.2026, 11:25
Müasir dünyada işə qəbul üçün ilkin şərt CV-dir.
Yəni sizə uyğun olduğunu düşündüyünüz işin vakaniyası ilə bağlı öz CV-nizi göndərirsiniz. Əgər həmin yerdəki mütəxəssislər doğru namizəd olduğunzu düşünürsə sizi dəvət edirlər. Əslində, əsas məsələ də məhz CV-yə baxılan zaman yaranan ilkin təəssüratdır. Çünki CV yaxşı hazırlanmasa və məlumatlar dolğun olmasa qarşı tərəfin diqqətini çəkməyəcək. Lakin kifayət qədər peşəkar hazırlanan CV ilə diqqət çəkmək və işə qəbul olmaq ehtimalınız artır.
Bəs vakansiyalara müraciət edərkən nələrə diqqət etməliyik? Müsbət cavab almaq üçün CV-miz necə olmalıdır?
Oxu24.com xəbər verir ki,mövzu ilə bağlı insan resursları və işə qəbul üzrə mütəxəssis Sevda Quliyeva Hit.az-a açıqlamasında bildirib ki, ilk növbədə vakansiyanın tələblərinə baxmaq lazımdır:
“Əgər bütün tələblər sizə uyğun olsa müraciət etməlisiniz. Yəni hara gəldi CV göndərmək artıq namizəd haqqında mənfi rəy formalaşdırır. Xüsusən də bir şirkətdə 5-6 vakansiyaya müraciət etmək doğru deyil. Çünki insan resursları şöbəsinin əməkdaşları müraciətlər haqqında bir-birlərinə məlumat verirlər. Eyni şəxsin bir neçə vakansiya üçün müraciət etməsi onun haqqında mənfi rəy formalaşdırır, hətta həmin CV-yə baxılmır”.
Həmsöhbətimiz diqqətə çatdırıb ki, vakansiya ilə bağlı təcrübəniz varsa müraciət etməlisiniz:
“Çünki vakansiyalarda tələblər kifayət qədər aydın yazılır. Məsələn, dil bilikləri, təcrübə və gözləntilər orada qeyd olunur. Tələblərə uyğun gəlmədən boş-boşuna müraciət etmək və ya getmək kiminsə vaxtını almaq deməkdir. Mümkünsə müraciət etmədən əvvəl işlə bağlı maraqlanmaq lazımdır”.
Ekspert qeyd edib ki, CV kifayət qədər peşəkar olmalıdır:
“CV-də real təcrübə əks olunmalıdır. Real təcrübə də onun peşəkar xidməti haqqında rəy verdiyi üçün iş həyatında da doğrudan özünü sübut etmiş bir şəxs olmalıdır. 2-3 ay fərqli yerlərdə işləyən şəxslərə müsbət baxılmır.
Bundan başqa, özünüz haqqında qısa, amma dolğun məlumatları yazmalısınız. Müraciət edərkən hədəflədiyiniz vəzifənin adını da mütləq şəkildə qeyd etməlisiniz. Əgər CV-nizdə hər şey qaydasında və tələblərə də cavab verirsinizsə işə götürülmə ehtimalınız böyük olacaq”.
11:06 / 10 İyun 2026
67
11:01 / 10 İyun 2026
17
10:53 / 10 İyun 2026
29
10:50 / 10 İyun 2026
65
10:34 / 10 İyun 2026
67
10:32 / 10 İyun 2026
51
10:30 / 10 İyun 2026
64
10:24 / 10 İyun 2026
79
10:18 / 10 İyun 2026
58
10:16 / 10 İyun 2026
55
10:08 / 10 İyun 2026
604
10:02 / 10 İyun 2026
106
09:58 / 10 İyun 2026
101
09:45 / 10 İyun 2026
59
09:43 / 10 İyun 2026
53
09:42 / 10 İyun 2026
60
09:40 / 10 İyun 2026
194
09:39 / 10 İyun 2026
65
01:04 / 10 İyun 2026
317
00:24 / 10 İyun 2026
390
00:01 / 10 İyun 2026
226
23:52 / 09 İyun 2026
186
23:36 / 09 İyun 2026
313
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.