"Samsung"dan sərt qərar: Bu səhvi etsəniz telefondakı bütün məlumatlar silinəcək
27 İyul 2026, 18:22
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
476
06.05.2026, 14:43
“AZCON Holding” şirkətlərindən olan “AzInTelecom” MMC regionun ən böyük texnologiya və süni intellekt tədbirlərindən biri – GITEX AI 2026-da iştirak edib.
Qazaxıstanın Almatı şəhərində keçirilən tədbir süni intellekt, rəqəmsal transformasiya və innovativ texnologiyalar sahəsində qlobal ekspertləri bir araya gətirib. “AzInTelecom” tədbirdə stendlə təmsil olunaraq şirkətin qabaqcıl texnoloji həllərini və rəqəmsal xidmətlərini beynəlxalq auditoriyaya təqdim edib.
Şirkətin tədbirdə iştirakının əsas məqsədi beynəlxalq texnologiya ekosistemində mövqeyini gücləndirmək, strateji tərəfdaşlıqları genişləndirmək, eləcə də rəqəmsal həllərini qlobal bazarda tanıtmaq olub.
Tədbir zamanı “AzInTelecom” baş direktorunun müşaviri Fərid İsmayılzadə panel müzakirələrdə çıxış edərək dövlət və biznes üçün rəqəmsal etimadın əhəmiyyətindən danışıb. O, saxta kimliklərə qarşı biometrik texnologiyaların vacibliyini və blokçeyn əsaslı maliyyə əməliyyatlarının etibarlılığını vurğulayıb. Şirkətin Kommersiya departamentinin direktoru Fərrux Fərəcullayev isə Azərbaycanda “Lenovo” ilə tərəfdaşlıq çərçivəsində NVIDIA çipləri ilə təchiz edilmiş ilk Superkompüter Mərkəzinin yaradılmasının strateji əhəmiyyətini diqqətə çatdırıb.
Qeyd edək ki, tədbir çərçivəsində “AzInTelecom” və “Gcore” şirkətlərinin birgə təşkilatçılığı ilə stenddə interaktiv vorkşop keçirilib. Vorkşopun sonunda təşkil olunan viktorinada qalib gələn iştirakçıya şirkətin ictimai bulud platforması olan “AZINCLOUD” xidmətlərindən istifadə üçün 1000 manatlıq vauçer təqdim edilib. Əlavə 2 iştirakçı isə müxtəlif hədiyyələr qazanıb.
18:10 / 27 İyul 2026
14
17:59 / 27 İyul 2026
19
17:40 / 27 İyul 2026
44
17:23 / 27 İyul 2026
125
17:07 / 27 İyul 2026
66
17:00 / 27 İyul 2026
65
16:42 / 27 İyul 2026
68
16:21 / 27 İyul 2026
67
16:18 / 27 İyul 2026
166
16:16 / 27 İyul 2026
89
15:59 / 27 İyul 2026
96
15:45 / 27 İyul 2026
85
15:21 / 27 İyul 2026
93
15:20 / 27 İyul 2026
93
15:17 / 27 İyul 2026
74
14:59 / 27 İyul 2026
87
14:34 / 27 İyul 2026
84
14:28 / 27 İyul 2026
75
14:04 / 27 İyul 2026
103
13:59 / 27 İyul 2026
111
13:55 / 27 İyul 2026
92
13:50 / 27 İyul 2026
105
13:47 / 27 İyul 2026
77
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.