Nazirlik müsabiqə elan etdi: 50 mindən çox qrant veriləcək
12 Noyabr 2026, 00:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1873
06.05.2026, 12:58
Azərbaycanda muzdlu çalışanların maaşlarını istədikləri bank vasitəsilə əldə etməsinə şərait yaradılacaq".
Oxu24.com xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov mətbuat konfransında jurnalistlərin suallarınl cavablandırarkən deyib.
Onun sözlərinə görə, bu istiqamətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə aktiv əməkdaşlıq aparılır və artıq texniki inteqrasiyalar həyata keçirilir.
T.Kazımov bildirib ki, planlara əsasən, yaxın 2-3 ay ərzində əməkhaqqının liberallaşdırılması mərhələsinə start verilə bilər:
"İstəyimiz odur ki, həm dövlət, həm də özəl sektorda çalışan muzdlu işçilər istədikləri bankda rahat şəkildə maaşlarını ala bilsinlər".
Onun sözlərinə görə, növbəti mərhələdə bu imkan pensiyaçılara və sosial müavinət alanlara da şamil olunacaq.
Sədr qeyd edib ki, layihə çərçivəsində xüsusi işçi qrupu fəaliyyət göstərir və prosesin vətəndaş üçün maksimum sadə olması hədəflənir:
"Biz istəyirik ki, bu, heç kimdən asılı olmayan, vətəndaşın öz seçiminə bağlı bir sistem olsun".
Əlavə edib ki, həm İT infrastruktur, həm də proqram təminatı istiqamətində işlər davam edir və prosesin bu il tamamlanması planlaşdırılır:
"Düşünmürük ki, bu, uzun müddət çəkəcək. Yəqin ki, yaxın 3-4 ay ərzində bunu yekunlaşdıracağıq".
Qeyd edib ki, bu dəyişiklik bank sektorunda rəqabətin artmasına və xidmət keyfiyyətinin yüksəlməsinə təsir göstərə bilər. Milli.az
00:43 / 12 Noyabr 2026
1
00:35 / 12 Noyabr 2026
29
00:33 / 12 Noyabr 2026
31
00:27 / 12 Noyabr 2026
49
00:24 / 12 Noyabr 2026
56
00:19 / 12 Noyabr 2026
75
00:17 / 12 Noyabr 2026
81
00:11 / 12 Noyabr 2026
89
23:54 / 11 Noyabr 2026
78
23:52 / 11 Noyabr 2026
86
23:50 / 11 Noyabr 2026
111
23:45 / 11 Noyabr 2026
673
23:28 / 11 Noyabr 2026
81
23:24 / 11 Noyabr 2026
90
23:18 / 11 Noyabr 2026
101
23:09 / 11 Noyabr 2026
104
23:03 / 11 Noyabr 2026
94
23:01 / 11 Noyabr 2026
116
22:55 / 11 Noyabr 2026
90
22:38 / 11 Noyabr 2026
161
22:31 / 11 Noyabr 2026
109
22:26 / 11 Noyabr 2026
6054
22:22 / 11 Noyabr 2026
114
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.