Bakı-Tbilisi səfərlərində endirim gözlənilirmi?
07 İyul 2026, 17:04
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
843
06.05.2026, 10:45
WhatsApp yazışmalarını hansı hallarda üçüncü şəxslər oxuya bilər?ç– İT mütəxəssisindən VACİB XƏBƏRDARLIQ
Müasir dövrdə ən çox istifadə olunan mesajlaşma tətbiqi olan WhatsApp-ın təhlükəsizliyi və şəxsi yazışmaların üçüncü tərəflərin əlinə keçmə ehtimalı istifadəçiləri düşündürən əsas məsələlərdən biridir.
İT mütəxəssisi Natiq Məmişov mövzu ilə bağlı Oxu24.com-a açıqlamasında mühüm məqamlara aydınlıq gətirib, yazışmaların hansı hallarda oxuna biləcəyini və qorunma yollarını izah edib.
Mütəxəssis ilk növbədə WhatsApp-ın rəsmi təhlükəsizlik xüsusiyyətlərinə toxunaraq bildirib ki, tətbiqin özünün zatən müəyyən standartları var:
"Ümumiyyətlə WhatsApp kimi tətbiqlərin özünün zatən təhlükəsizlik xüsusiyyətləri və rəsmi tövsiyələri var. Ona görə də onlara əməl etmək lazımdır. Bəs bunlar nədir? Məsələn, hansı hallarda mesajları oxuya bilərlər? Ümumiyyətlə, WhatsApp-ın mesajları 'end-to-end encryption', yəni sonu-sona şifrələmə vasitəsilə qorunur. Bu o deməkdir ki, normal halda mesajın məzmununu nə WhatsApp (əslində Meta), nə də rabitə provayderi oxuya bilər”.
N.Məmişov qeyd edib ki, bu qorunma sistemi bütün şəbəkələrə şamil olunur:
"Məlumatın ötürülməsi zamanı istifadə olunan rabitə kanalından asılı olmayaraq — istər mobil operatorların (Azercell, Bakcell və s.) təqdim etdiyi mobil internet (meqabayt), istərsə də lokal Wi-Fi şəbəkələri olsun — xidmət təminatçısı olan şirkətlərin yazışma məzmununu izləməsi texniki cəhətdən qeyri-mümkündür. Hətta tətbiqin mülkiyyətçisi olan Meta korporasiyası belə, tətbiq edilən şifrələmə arxitekturasına görə bu məlumatlara çıxış imkanına malik deyil. Təhlükəsizlik protokolları elə qurulmuşdur ki, rəqəmsal məlumat paketləri yalnız söhbətin tərəfləri olan son istifadəçilərin cihazlarında vizuallaşdırılır”.
Yazışmalar necə ələ keçir?
Lakin mütəxəssis xəbərdarlıq edir ki, bu şifrələmə yazışmaların heç vaxt ələ keçməyəcəyi mənasına gəlmir. O, əsas risklərin texnologiyadan deyil, cihaz və hesab təhlükəsizliyindən qaynaqlandığını vurğulayıb:
"Bu, yazışmanın heç vaxt ələ keçməyəcəyi mənasına gəlmir. Bəs əsas risk nədir? Kiminsə sizin hesabınıza və ya cihazınıza daxil olmaq istəməsidir. Ancaq bu halda mesajlar oxuna bilər. Bu da bir neçə yolla baş verir:
* Fiziki müdaxilə: Telefonun fiziki olaraq ələ keçməsi;
* Zəif mühafizə: Ekran kilidinin olmaması və ya zəif olması;
* WhatsApp Veb: WhatsApp Veb-dən istifadə edib, onu açıq və əlçatan qoyub getmək;
* Bağlı cihazlar: 'Linked Devices' bölməsi vasitəsilə hesabın başqa cihazda açıq qalması;
* Hesabın oğurlanması: SMS təsdiq kodunun ələ keçirilməsi;
* Casus proqramlar: Telefona bəzi xüsusi proqramlar yüklədikdə nəzarət imkanının yaranması.
Natiq Məmişovun sözlərinə görə, təhlükəsizlik məsələsində "meta-data" və ehtiyat nüsxələr (backup) də mühüm rol oynayır:
"Burda ciddi bir şey yoxdur, risklər ancaq bizdən qaynaqlana bilər. Məsələn, bəzi hallarda mesaj məzmunu deyil, amma meta-data tipli məlumatlar mövcud olur. Bunlar hesab məlumatları və kiminlə nə vaxt əlaqə qurulduğu barədə informasiyalardır. Bundan əlavə, istifadəçinin söhbətlərinin bulud ehtiyat nüsxəsi (backup) var ki, bu da həmin backup-ın qorunmasından asılıdır. WhatsApp buna görə hətta həmin backup-ı da 'encrypted backup' funksiyası üzərindən saxlamağı təklif edir”.
Qorunmaq üçün nə etməli?
Müsahibimiz yazışmaların təhlükəsizliyini maksimuma çatdırmaq üçün konkret addımları sadalayıb:
"Əsas nədir? Məsələn, WhatsApp-da ikiaddımlı doğrulanma işlətmək lazımdır, tətbiqi şifrədə saxlamaq lazımdır, SMS təsdiq kodunu heç kimlə paylaşmamalıyıq. Həmçinin əməliyyat sistemini və tətbiqi daim yeniləmək vacibdir. WhatsApp-ın özündə 'Linked Devices' bölməsini mütəmadi yoxlamaq və tanımadığınız, sizə aid olmayan cihazları ordan çıxartmaq lazımdır. Vacib söhbətlərdə hətta 'Security code' işlətmək, 'Encryption verification' istifadə eləmək olar”.
Natiq Məmişov sonda bildirib ki, bu mövzu çox mürəkkəb deyil, hər şey klassik sadə məntiqə söykənir: "WhatsApp-ın öz bəlli texnologiyaları var, elə onlara düzgün əməl etmək kifayətdir".
Çimnaz Telmanqızı
17:22 / 07 İyul 2026
2
17:18 / 07 İyul 2026
10
17:11 / 07 İyul 2026
16
17:05 / 07 İyul 2026
40
17:04 / 07 İyul 2026
43
16:47 / 07 İyul 2026
58
16:35 / 07 İyul 2026
55
16:19 / 07 İyul 2026
79
16:13 / 07 İyul 2026
68
16:09 / 07 İyul 2026
79
16:01 / 07 İyul 2026
75
15:58 / 07 İyul 2026
81
15:43 / 07 İyul 2026
73
15:42 / 07 İyul 2026
82
15:36 / 07 İyul 2026
76
15:33 / 07 İyul 2026
94
15:12 / 07 İyul 2026
90
15:08 / 07 İyul 2026
76
15:05 / 07 İyul 2026
92
14:48 / 07 İyul 2026
88
14:46 / 07 İyul 2026
89
14:31 / 07 İyul 2026
120
14:00 / 07 İyul 2026
96
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.