Külək səbəbindən təcili yardıma müraciət edənlərin sayı artıb
27 İyul 2026, 17:23
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1343
03.05.2026, 21:36
Azərbaycanda hava şəraiti hələ də tam yaz ab-havasını xatırlatmır. Bir çox insan səhərlər qalın geyimlərdən istifadə edir, axşam saatlarında isə temperatur daha da aşağı düşür. Adətən bu dövrdə müşahidə olunan isti və günəşli hava əvəzinə, bəzi bölgələrdə küləkli və sərin hava üstünlük təşkil edir.
Paytaxt Bakıda və digər şəhərlərdə sakinlər "sanki noyabr ayıdır" deyərək havaların gec isinməsindən narazılıq edir. Xüsusilə tez-tez dəyişən hava şəraiti gündəlik həyatla yanaşı, insanların sağlamlığına və əhvalına da təsir göstərir. Meteoroloji müşahidələr də göstərir ki, bu il yaz mövsümü əvvəlki illərlə müqayisədə daha dəyişkən keçir.
.
Bəs havaların normadan daha sərin keçməsinin səbəbi nədir?
Bu barədə Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Demokrat.az-a açıqlamasında bildirib ki, aprel ayı öz mahiyyəti etibarilə dəyişkən hava şəraiti ilə xarakterizə olunan aydır və bu cür hava axınları əvvəlki illərdə də qeydə alınıb:
"Ay ərzində temperaturun gah yüksəlməsi, gah da kəskin enməsi birbaşa müxtəlif hava kütlələrinin ölkə ərazisinə müdaxiləsi ilə bağlıdır. Belə ki, isti hava kütlələrinin daxil olması nəticəsində havanın bir qədər isti keçməsi müşahidə olunur və temperatur göstəriciləri yüksəlir.
Lakin bunun ardınca soyuq hava kütlələrinin ölkə ərazisinə müdaxiləsi baş verdikdə hava şəraiti yenidən soyuyur, temperaturlar aşağı enir, şimal-qərb küləyi güclənir və hətta yüksək dağlıq ərazilərdə qar yağması halı müşahidə edilir".
May ayı ilə bağlı gözləntilərə toxunan xidmət rəsmisi qeyd edib ki, hazırda may ayı üçün aylıq proqnozun hesablanması işləri aparılır. May ayı üzrə dəqiq proqnozlar yaxın vaxtlarda ictimaiyyətə təqdim olunacaq.
17:23 / 27 İyul 2026
65
17:07 / 27 İyul 2026
49
17:00 / 27 İyul 2026
50
16:42 / 27 İyul 2026
57
16:21 / 27 İyul 2026
60
16:18 / 27 İyul 2026
120
16:16 / 27 İyul 2026
70
15:59 / 27 İyul 2026
78
15:45 / 27 İyul 2026
76
15:21 / 27 İyul 2026
83
15:20 / 27 İyul 2026
85
15:17 / 27 İyul 2026
69
14:59 / 27 İyul 2026
83
14:34 / 27 İyul 2026
78
14:28 / 27 İyul 2026
70
14:04 / 27 İyul 2026
97
13:59 / 27 İyul 2026
102
13:55 / 27 İyul 2026
87
13:50 / 27 İyul 2026
99
13:47 / 27 İyul 2026
73
13:40 / 27 İyul 2026
108
13:30 / 27 İyul 2026
100
13:15 / 27 İyul 2026
96
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.