Nazirlik müsabiqə elan etdi: 50 mindən çox qrant veriləcək
12 Noyabr 2026, 00:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
4649
03.05.2026, 14:28
Azərbaycanda sosial təminat sahəsində aparılan islahatlar fonunda pensiya məbləğləri yenidən gündəmə gəlib. Rəsmi açıqlamalarda ölkədə orta pensiyanın 594 manat, yaşa görə isə 632 manat olduğu bildirilir. Lakin artan qiymətlər, xüsusilə ərzaq və dərman xərclərinin yüksəlməsi fonunda bu məbləğlərin vətəndaşların real ehtiyaclarını nə dərəcədə qarşıladığı sual doğurur.
Bəs, orta pensiya məbləği artırıla bilərmi?
.
Mövzu ilə bağlı Konkret.az-a açıqlama verən iqtisadçı ekspert Günay Hüseynova bildirib ki, cəmiyyətdə təqdim olunan rəqəmlərlə bağlı yanlış təsəvvür formalaşmamalıdır.
Onun sözlərinə görə, açıqlanan göstəricilər minimum pensiya deyil, orta statistik məbləğdir:
"Bu rəqəmlər bütün pensiyaçıların aldığı konkret məbləği əks etdirmir. İş stajı və fərdi göstəricilərdən asılı olaraq pensiyalar dəyişir və bu da orta rəqəmi yüksəldir.
Vətəndaş üçün vacib olan orta pensiyanın artması yox, həmin vəsaitin gündəlik xərcləri qarşılaya bilməsidir. Kommunal ödənişlər, ərzaq məhsulları, xüsusilə, yaşlı insanların dərman və müalicə xərcləri artır. Əgər pensiya artımı bu xərcləri kompensasiya etmirsə, real faydası məhdud olur."
Günay Hüseynova əlavə edib ki, gəlir artımlarında faiz prinsipi bərabərsizliyi daha da dərinləşdirə bilər:
"Əgər biri 430 manat, digəri isə 1500 manat gəlir əldə edirsə, faizlə artım yüksək gəlirli şəxslərə daha çox üstünlük verir. Bu isə sosial balansı pozacaq.
Bir çox ölkələrdə pensiya artımı ilə paralel olaraq əlavə sosial dəstək mexanizmləri də tətbiq olunur. Məsələn, Türkiyədə 65 yaşdan yuxarı şəxslər üçün şəhərdaxili nəqliyyat pulsuzdur. Şəhərlərarası nəqliyyat və hava daşımalarında isə xüsusi endirimlər mövcuddur. Bu yanaşma pensiyaçıların xərclərini azaltmağa xidmət edir. Pensiyanın artacağı xəbəri yayılanda bazarda qiymətlərin yüksəlməsi müşahidə olunur. Halbuki, alıcı kütləsi yalnız pensiyaçılardan ibarət deyil."
Beləliklə, ekspertin qənaətinə görə, pensiyaların artırılması ilə yanaşı, sosial xərclərin azaldılması və əlavə güzəşt mexanizmlərinin tətbiqi daha effektiv nəticə verə bilər.
01:25 / 12 Noyabr 2026
90
00:55 / 12 Noyabr 2026
94
00:43 / 12 Noyabr 2026
98
00:35 / 12 Noyabr 2026
215
00:33 / 12 Noyabr 2026
99
00:27 / 12 Noyabr 2026
110
00:24 / 12 Noyabr 2026
120
00:19 / 12 Noyabr 2026
132
00:17 / 12 Noyabr 2026
178
00:11 / 12 Noyabr 2026
126
23:54 / 11 Noyabr 2026
110
23:52 / 11 Noyabr 2026
114
23:50 / 11 Noyabr 2026
137
23:45 / 11 Noyabr 2026
1031
23:28 / 11 Noyabr 2026
107
23:24 / 11 Noyabr 2026
116
23:18 / 11 Noyabr 2026
130
23:09 / 11 Noyabr 2026
129
23:03 / 11 Noyabr 2026
116
23:01 / 11 Noyabr 2026
140
22:55 / 11 Noyabr 2026
114
22:38 / 11 Noyabr 2026
180
22:31 / 11 Noyabr 2026
130
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.