Yollarla bağlı XƏBƏRDARLIQ
03 May 2026, 15:14
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
453
03.05.2026, 13:11
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun son brifinqdə səsləndirdiyi qərar təhsil ictimaiyyətində geniş müzakirələrə səbəb olub. Agentlik rəhbəri bildirib ki, bu ildən direktorların işə qəbulu imtahanında əsas dəyişiklik namizədlərin məhz yüksək bal toplayan müəllimlər arasından seçilməsidir. Bu yanaşma savadlı kadrların irəli çəkilməsi baxımından müsbət addım kimi dəyərləndirilsə də, idarəetmə və elmi dərəcə məsələləri ilə bağlı fərqli baxışlar mövcuddur.
Məsələ ilə bağlı Oxu24.com-a açıqlama verən təhsil eksperti Ramin Nurəliyev həm təklif olunan dəyişikliyi qiymətləndirib, həm də sistemin təkmilləşdirilməsi üçün bir sıra mühüm məqamları diqqətə çatdırıb.
Ekspert qeyd edib ki, əslində bu yaxşı bir təşəbbüsdür:
“Əlbəttə ki, hamımız bilirik ki, bir təhsil müəssisəsini idarə edən ən yaxşı kadr olmalıdır, ən savadlı kadr olmalıdır. Və yaxud da imtahanda yüksək bal toplamaq o deməkdir ki, artıq imtahanda düşən istər “Təhsil haqqında qanun” olsun, istərsə də digər bilik və bacarıq olsun, daha potensiallı olanlar içərisindən seçilməlidir",- deyə ekspert bildirib.
Sistemdəki boşluqlardan danışan Ramin Nurəliyev vurğulayır ki, bu təklifin içərisinə magistratura təhsil sistemi də əlavə olunmalıdır:
“Hazırda bilirsiniz, bizdə magistraturaya müraciət sayı çox azdır. Gənclərimiz bakalavr təhsilindən sonra əmək fəaliyyətinə istiqamətlənirlər və magistraturaya o qədər də əhəmiyyət vermirlər. Hesab edirəm ki, istər təhsil müəssisələrində və ya qurumlarda magistratura bitirənlərə ayrıca bir özəl yanaşma olarsa, bu istər-istəməz gənclərin magistraturaya istiqamətlənməsinə də müəyyən qədər təsir göstərər".
Ekspertin sözlərinə görə, hər il magistraturada müraciətlərin sayının aşağı olması və gənclərin daha çox hərbi xidmətdən möhlət almaq üçün bura müraciət etmələri acı bir həqiqətdir. O, inkişaf etmiş ölkələrdə magistraturanın təhsil karyerasının inkişafı üçün bir təşəbbüs olduğunu, bizdə isə fərqli olduğunu bildirərək əlavə edir:
"Ona görə də düşünürəm ki, dövlət qurumlarında vəzifələrə və yaxud da hər hansı bir istiqamətdə qalxma prinsipinə uyğun olaraq magistratura dərəcəsi də diqqətə alınmalıdır. Misal üçün həm direktorların, direktor müavinlərinin, ya da hər hansı bir təhsil qurumunda şöbə müdirlərinin və s. magistratura dərəcəsinin olmasını mən dəstəkləyirəm. Çünki, bu magistraturaya verilən diqqət və qayğının nəticəsi olacaq və müraciət sayı da çoxalacaq. Bununla yanaşı magistraturada maaş fərqi də olmalıdır, yəni buna da bir az müəyyən qədər nəzarət yetirilməlidir”.
Həmçinin oxuyun
Ümumi fikrinin bu yöndə olduğunu deyən R.Nurəliyev hazırda bu prosesin imtahan nəticəsinə əsasən qəbul olunmasını alqışladığını, bunun düzgün bir yanaşma olduğunu düşünür. Lakin ekspert vacib bir şərti xatırladır: "Bununla yanaşı, hər yüksək nəticə göstərən, hər imtahanda yüksək bal toplayan şəxsin direktor seçilməsinin də tərəfdarı deyiləm. Niyə tərəfdarı deyiləm? Çünki hamımız bilirik ki, yüksək bal toplamaq heç də idarəetmə qabiliyyətinin inkişaf etdirilməsi deyil. Yüksək bal toplamaq bilik və bacarığın nəticəsidir. İdarəetmə qabiliyyəti tamamilə fərqlidir".
Müsahib vurğulayır ki, idarəetmə qabiliyyətinin formalaşdırılması istiqamətində xüsusi müsahibələrin aparılması mütləqdir. Yüksək bal toplayanlar arasından müsahibə yolu ilə seçim aparılmalı və namizədin "Təhsil haqqında qanun"u bilib-bilməməsi müəyyənləşdirilməlidir: "Çünki, hər hansı bir təhsil müəssisəsinin rəhbəri ona verilən nizamnaməyə əsasən və “Təhsil haqqında qanun”a uyğun olaraq təhsil müəssisəsini idarə etməlidir. Əgər “Təhsil haqqında qanun”da hər hansı bir boşluğu varsa, həmin təhsil müəssisəsinin idarə olunmasında da müəyyən bir boşluq formalaşacaq. Ona görə də bu kateqoriyanı formalaşdırarkən direktorların işə qəbulu imtahanında yüksək bal toplamaqla yanaşı, hesab edirəm ki, idarəetmə qabiliyyəti də nəzərə alınmalıdır. Bu qaçılmazdır, çünki biz idarəetmə qabiliyyəti zəif olan məktəb direktorlarının məktəblərdə müəyyən problemlər yaşadığının şahidi oluruq. Ona görə də bu istiqamətdə qiymətləndirmə aparılarsa daha yaxşı olar".
Ramin Nurəliyev çıxışının sonunda ən vacib təklifini səsləndirib:
“Ən əsası məktəb direktorlarının direktor müavinləri içərisindən seçilməsidir. Çünki direktor müavinlərinin artıq hər hansı bir təhsil müəssisəsində gördüyü işlər artıq məlumdur. Əgər həmin şəxs müəyyən bir müddət ərəfəsində məktəbdə, məktəbin idarəetməsində fəal iştirak edibsə, idarəetməsində hər hansı bir qüsur yoxdursa, onlar içərisindən də seçilə bilər. Yəni bu da ayrıca bir təklifim, fikrimdir".
Çimnaz Telmanqızı
15:14 / 03 May 2026
1
14:51 / 03 May 2026
26
14:40 / 03 May 2026
41
14:37 / 03 May 2026
28
14:28 / 03 May 2026
265
14:17 / 03 May 2026
35
13:46 / 03 May 2026
522
13:20 / 03 May 2026
76
13:14 / 03 May 2026
72
13:01 / 03 May 2026
277
12:44 / 03 May 2026
58
12:35 / 03 May 2026
65
12:31 / 03 May 2026
58
12:10 / 03 May 2026
602
12:05 / 03 May 2026
647
11:52 / 03 May 2026
92
11:33 / 03 May 2026
1323
11:18 / 03 May 2026
67
10:59 / 03 May 2026
69
10:53 / 03 May 2026
66
10:52 / 03 May 2026
60
01:19 / 03 May 2026
451
00:02 / 03 May 2026
247
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.