Nazirlik müsabiqə elan etdi: 50 mindən çox qrant veriləcək
12 Noyabr 2026, 00:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
933
02.05.2026, 22:57
Nizami Kino Mərkəzində "Şəhid Analarına Dəstək" İctimai Birliyinin təşkilatçılığı ilə şəhid Zakir Cəfərovun anadan olmasının 30 illiyinə həsr olunmuş "Zakirin essesi" filminin təqdimatı keçirilib. Təqdimat mərasimində Heydər Əliyev adına Hərbi İnstitutun kursantları, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxış edənlər Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Suraxanı Rayon İcra Hakimiyyətini başçısı Adil Əliyev, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov gənc nəslin vətənpərvər ruhda yetişdirilməsində bu cür tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıblar. Qeyd olunub ki, belə tədbirlər dəstəklənməli, gələcək nəsillər Zakir kimi qəhrəmanların xatirəsini daim yaşatmalıdırlar.
Azərbaycan Respublikası Prezidentinin 07 noyabr 2025-ci il tarixli Sərəncamı ilə Şəhid Zakir Cəfərovun təltif olunduğu “Vətən Uğrunda” medalı onun anası Kəmalə xanıma təqdim olunub.
Medalı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Nizami rayon idarəsinin rəisi polkovnik-leytenant Elşən Əhmədov təqdim edib.
Şəhid Zakir Cəfərovun anası Kəmalə Abdullayeva tədbirin təşkilinə görə hər kəsə təşəkkürünü bildirib.
Filmin ssenari müəllifi və rejissoru Etibar Məmmədov film barədə qısa məlumat verib.
Daha sonra tədbir bədii hissə ilə davam edib. Əməkdar artist Cabir Abdullayev "Şuşanın dağları" xalq mahnısını, hərbi-vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı isə "Cənab Leytenant", "Zəfər yolu" mahnılarını ifa edib.
Sonda film təqdim olunub. 35 dəqiqəlik filmdə Zakir Cəfərovun uşaqlıq xatirələri, məktəb illəri, müəllimlərin, dostların müsahibələri yer alıb. Sənədli ekran işində şəhidin hərbi xidmətə böyük marağı, xarakteri, mərdliyi, Vətənə bağlılığı və arzuları barədə dostlarının xatirələri əsas yer tutur.
Filmin nümayişindən sonra "Şəhid Analarına Dəstək" İctimai Birliyinin sədri, şəhid Əbdülməcid Axundov un anası Ceyran xanım Həsənova çıxış edərək tədbirin ərsəyə gəlməsində dəstək olanlara təşəkkürünü bildirib.
Qeyd edək ki, 2017-ci il fevralın 24-dən 25-nə keçən gecə əsgər Zakir Cəfərovla birlikdə bir qrup kəşfiyyatçı Xocavənddə hərbi tapşırığı yerinə yetirib qayıdarkən düşmən pusqusuna düşüb. Son gülləyə kimi vuruşan kəşfiyyatçılar qəhrəmancasına şəhid olublar.




01:25 / 12 Noyabr 2026
90
00:55 / 12 Noyabr 2026
94
00:43 / 12 Noyabr 2026
98
00:35 / 12 Noyabr 2026
215
00:33 / 12 Noyabr 2026
99
00:27 / 12 Noyabr 2026
110
00:24 / 12 Noyabr 2026
120
00:19 / 12 Noyabr 2026
132
00:17 / 12 Noyabr 2026
178
00:11 / 12 Noyabr 2026
126
23:54 / 11 Noyabr 2026
110
23:52 / 11 Noyabr 2026
114
23:50 / 11 Noyabr 2026
137
23:45 / 11 Noyabr 2026
1031
23:28 / 11 Noyabr 2026
107
23:24 / 11 Noyabr 2026
116
23:18 / 11 Noyabr 2026
130
23:09 / 11 Noyabr 2026
129
23:03 / 11 Noyabr 2026
116
23:01 / 11 Noyabr 2026
140
22:55 / 11 Noyabr 2026
114
22:38 / 11 Noyabr 2026
180
22:31 / 11 Noyabr 2026
130
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.