Mir Şahin: Efirdə və həyatda Vətən və Dövlət adamı
12 Noyabr 2026, 21:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
565
28.03.2026, 11:51
Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.
İdarədən Oxu24.com-a verilən məlumata görə, hazırda respublika ərazisində yağışlı hava şəraiti hökm sürür ki, bu da hərəkət iştirakçıları üçün əlverişsiz mühit yaratmaqla yanaşı, yollarda qəza riskini də əhəmiyyətli dərəcədə artırır.
"Yaranan çətinliklərin aradan qaldırılması məqsədilə gücləndirilmiş iş rejimində xidmət aparan DYP əməkdaşları tərəfindən qabaqlayıcı tədbirlər görülür.
Lakin yağışlı, çiskinli havalarda yol örtüyünün sürüşkən olması, görmə məsafəsinin məhdudlaşması və digər kritik hava şərtləri sürücülərdən diqqətli olmağı, qaydalara qeyd-şərtsiz əməl etməyi tələb edir.
Bayram tətili günlərində səfərə çıxan əhalinin daimi yaşayış yerlərinə qayıtması ilə əlaqədar yollarda hərəkət intensivliyinin artmasını da nəzərə alaraq, bir daha sürücülərdən hava şəraitini düzgün qiymətləndirməyi, ehtimal olunan təhlükələrə qarşı qabaqlayıcı tədbirlər görməyi, xüsusilə sürət həddini, ara məsafəsini, nəqliyyat vasitələrinin texniki sazlığını nəzarətdə saxlamağı xahiş edirik.
Dəyərli sürücülər, əmin olun ki, əlverişsiz hava şəraitində də intizamlı və səbrli davranmaqla həm özünüzün, həm də digər hərəkət iştirakçılarının mənzil başına sağ-salamat çatmasına töhfə verə bilərsiniz", - müraciətdə deyilir.
21:55 / 12 Noyabr 2026
24
21:39 / 12 Noyabr 2026
44
21:26 / 12 Noyabr 2026
477
21:19 / 12 Noyabr 2026
63
21:04 / 12 Noyabr 2026
66
20:55 / 12 Noyabr 2026
125
20:42 / 12 Noyabr 2026
109
20:26 / 12 Noyabr 2026
113
20:14 / 12 Noyabr 2026
98
20:08 / 12 Noyabr 2026
108
20:05 / 12 Noyabr 2026
106
19:59 / 12 Noyabr 2026
99
19:49 / 12 Noyabr 2026
107
19:36 / 12 Noyabr 2026
117
19:31 / 12 Noyabr 2026
112
19:19 / 12 Noyabr 2026
121
19:15 / 12 Noyabr 2026
148
19:09 / 12 Noyabr 2026
109
19:03 / 12 Noyabr 2026
115
18:58 / 12 Noyabr 2026
117
18:50 / 12 Noyabr 2026
121
18:42 / 12 Noyabr 2026
1540
18:40 / 12 Noyabr 2026
114
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.