Mir Şahin: Efirdə və həyatda Vətən və Dövlət adamı
12 Noyabr 2026, 21:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1411
27.03.2026, 23:27
Aparıcı Nanə Ağamalıyeva gözlərindən əməliyyat olunub.
Oxu24.com xəbər verir ki, bu barədə o özü paylaşım edib. O, illərdir görmə qabiliyyətində olan problemlərdən qurtulduğunu bildirib:
"2013-cü ildən etibarən hər iki gözüm zəifləmişdi və mən 13 il ərzində +3.5 ölçülü linza və eynəkdən istifadə edirdim. Nəhayət, qərar verdim ki, artıq bu gün əməliyyat olunum. Bu əməliyyatda yaxın və uzaq görmənin bərpası üçün linza tətbiq olundu. Artıq mən həm yaxın məsafəni, həm də uzaq məsafəni ideal şəkildə görürəm.
Bildiyiniz kimi, mən daha əvvəl göz rəngi dəyişmə əməliyyatı da keçirmişəm. Bu səbəbdən qeyd etmək istəyirəm ki,göz rəngini dəyişdirmiş pasiyentlər də bu cür linza əməliyyatına rahatlıqla müraciət edə bilərlər.
Hal-hazırda bu sözləri yazdığım anda belə eynəksiz olduğuma inana bilmirəm. Əməliyyat isə bu gün olub. Mənim üçün çox duyğulu anlardır. Çünki ilk dəfədir ki, uzun illərdən sonra hər şeyi bu qədər aydın, parlaq görürəm.
Bu gün mənim həyatımda xüsusi bir gündür. 27 mart 2026, cümə günü. Bu əməliyyat sadəcə görməni düzəltmir. O, insanın gündəlik həyat ritmini dəyişir. Səhər oyanırsan, əlin avtomatik eynəyə getmir. Telefonu götürürsən, heç nəyi yaxınlaşdırmadan oxuyursan. Uzağa baxırsan, hər şey daha aydın və daha dəqiq görünür".
Qeyd edək ki, Nanə daha əvvəl göz rəngini dəyişdirmək üçün əməliyyat olunmuşdu.
21:55 / 12 Noyabr 2026
39
21:39 / 12 Noyabr 2026
55
21:26 / 12 Noyabr 2026
571
21:19 / 12 Noyabr 2026
77
21:04 / 12 Noyabr 2026
72
20:55 / 12 Noyabr 2026
132
20:42 / 12 Noyabr 2026
116
20:26 / 12 Noyabr 2026
122
20:14 / 12 Noyabr 2026
108
20:08 / 12 Noyabr 2026
112
20:05 / 12 Noyabr 2026
136
19:59 / 12 Noyabr 2026
103
19:49 / 12 Noyabr 2026
111
19:36 / 12 Noyabr 2026
121
19:31 / 12 Noyabr 2026
114
19:19 / 12 Noyabr 2026
123
19:15 / 12 Noyabr 2026
151
19:09 / 12 Noyabr 2026
110
19:03 / 12 Noyabr 2026
119
18:58 / 12 Noyabr 2026
121
18:50 / 12 Noyabr 2026
124
18:42 / 12 Noyabr 2026
1587
18:40 / 12 Noyabr 2026
117
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.