AZAL mühüm açıqlama yaydı
10 İyun 2026, 13:35
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
659
26.03.2026, 20:59
Özbəkistandan Azərbaycana bir tır gənələrlə yoluxmuş arılar gətirilib.
Oxu24.com xəbər verir ki, bu barədə Arıçılar Assosiasiyasının prezidenti Bədrəddin Həsrətov bildirib.
O qeyd edib ki, Özbəkistandan Azərbaycana arı ailələri idxal edilib. İdxal edilən arıların Tropilaelaps gənəsi ilə yoluxduğu bildirilir. Beynəlxalq ticarətdə arı ailələri, paket arılar və ana arılar vasitəsilə digər ölkələrə keçmə riski yüksəkdir.
“Bu gənələr arıların sürfələri ilə qidalanır, nəticədə zəif və deformasiyalı arılar yaranır, viruslar yayılır, ailə sürətlə zəifləyir və çökür”, – o deyib.
Qeyd olunub ki, assosiasiya tərəfindən Azərbaycana Özbəkistandan arı ailələrinin gətirilməməsi üçün çox çalışılıb.
“Özbəkistanda Tropilaelaps gənəsi çox yayılıb. Özbəkistan illərlə Rusiyaya arı ixrac edib və xəstəlik orada da yayılıb. Ruslar Özbəkistandan gələn arıların xəstəlik yaydığını bilib idxala qadağa qoyublar”.
B. Həsrətov qeyd edib ki, Özbəkistandan müxtəlif yollarla arıların Azərbaycana ixracına cəhd edilib və nəticədə buna nail olunub.
“Hazırda Özbəkistandan gələn bir tır arı İsmayıllı ərazisindədir. Tropilaelaps gənəsi ilə yoluxmuş arılar artıq boşaldılıb”.
Qeyd edək ki, məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinə sorğu göndərilib./Trend/
13:35 / 10 İyun 2026
10
13:31 / 10 İyun 2026
21
13:27 / 10 İyun 2026
29
13:23 / 10 İyun 2026
83
13:15 / 10 İyun 2026
48
13:12 / 10 İyun 2026
55
12:54 / 10 İyun 2026
812
12:52 / 10 İyun 2026
53
12:48 / 10 İyun 2026
67
12:43 / 10 İyun 2026
66
12:38 / 10 İyun 2026
64
12:29 / 10 İyun 2026
372
12:27 / 10 İyun 2026
208
12:19 / 10 İyun 2026
106
12:16 / 10 İyun 2026
76
12:13 / 10 İyun 2026
73
12:00 / 10 İyun 2026
90
11:52 / 10 İyun 2026
76
11:47 / 10 İyun 2026
236
11:41 / 10 İyun 2026
126
11:36 / 10 İyun 2026
96
11:32 / 10 İyun 2026
97
11:21 / 10 İyun 2026
97
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.