Bir dəfə uçuşa başlayır, aylarla yerə enmir – Qara uzunqanadın heyrətamiz xüsusiyyətləri
12 Noyabr 2026, 22:59
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
840
26.03.2026, 18:25
İngiltərədə son günlər meningokok infeksiyası ilə bağlı yayılan xəbərlər dünya mətbuatının diqqət mərkəzinə çevrilərək ciddi rezonans doğurub. Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyinin (UKHSA) Kent bölgəsində, xüsusilə Kenterberi ətrafında ilkin olaraq 34 yoluxma halı qeydə alması, daha sonra isə laborator yoxlamalarla 23 halın təsdiqlənməsi epidemik riskləri yenidən gündəmə gətirib.
Hər nə qədər yoluxma sayı kütləvi xarakter daşımasa da, meningokok infeksiyasının son dərəcə sürətli inkişafı, beyin qişalarının iltihabı (meningit) və qanın zəhərlənməsi (sepsis) kimi ağır fəsadlara yol açması mütəxəssislərdə ciddi narahatlıq yaradır. Simptomların qəfil başlaması — yüksək hərarət, boyun sərtliyi, şüur bulanıqlığı və dəri səpgiləri — bu xəstəliyi fərdi hallarda koronavirusdan daha təhlükəli edir. Lakin bu təhlükənin Azərbaycan üçün nə dərəcədə real olması və yenidən COVID-19 dövründəki kimil kütləvi qapanmaların yaşanıb-yaşanmayacağı sualı cəmiyyətdə maraq doğuran əsas məqamdır.
Oxu24.com xəbər verir ki məsələ ilə bağlı NOCOMMENT.az-a danışan infeksionist Mərdan Əliyev qeyd edib ki, meningokok infeksiyası mövsümi xarakter daşısa da və vaxtaşırı lokal alovlanmalar yaratsa da, onun pandemiya potensialı koronavirusla müqayisə edilə bilməz: “Meningokok infeksiyası hava-damcı yolu ilə keçən, lakin xarici mühitə çox davamsız olan bir törədicidir. Bu xəstəliyin yayılması üçün çox yaxın və uzunmüddətli təmas tələb olunur. İngiltərədəki hadisə lokal bir alovlanmadır və bu, adətən qapalı kollektivlərdə, tələbə yataqxanalarında və ya hərbi hissələrdə baş verir. Ona görə də, bu infeksiyanın koronavirus kimi sürətlə bütün dünyaya yayılması və qlobal bir pandemiya halına gəlməsi ehtimalı olduqca aşağıdır”.
O, bildirib ki, Azərbaycan üçün hazırda hər hansı ciddi təhlükə və ya kütləvi qapanma təhlükəsi gözlənilmir:
“Bizdə bu infeksiyaya qarşı epidemioloji nəzarət mexanizmləri mövcuddur. Koronavirusda olduğu kimi şəhərlərin bağlanması, küçəyə çıxma qadağalarının tətbiqi meningokok infeksiyası üçün xarakterik deyil. Çünki bu xəstəlik kütləvi yoluxuculuq qabiliyyətinə görə respirator viruslardan geri qalır. Azərbaycan vətəndaşları üçün əsas tövsiyə odur ki, xaricdən gələn şəxslərlə yaxın təmasda ehtiyatlı olsunlar və xüsusilə uşaqlarda qəfil başlayan yüksək hərarət və səpgi müşahidə edildikdə dərhal həkimə müraciət etsinlər. Profilaktik tədbir kimi isə risk qruplarına vaksinasiya tövsiyə olunur, lakin ümumi ölkə səviyyəsində bir həyəcan təbili çalmağa əsas yoxdur”.
23:03 / 12 Noyabr 2026
23
23:02 / 12 Noyabr 2026
26
22:59 / 12 Noyabr 2026
31
22:55 / 12 Noyabr 2026
45
22:49 / 12 Noyabr 2026
46
22:40 / 12 Noyabr 2026
45
22:24 / 12 Noyabr 2026
102
22:21 / 12 Noyabr 2026
76
22:13 / 12 Noyabr 2026
88
21:55 / 12 Noyabr 2026
82
21:39 / 12 Noyabr 2026
92
21:26 / 12 Noyabr 2026
987
21:19 / 12 Noyabr 2026
103
21:04 / 12 Noyabr 2026
99
20:55 / 12 Noyabr 2026
178
20:42 / 12 Noyabr 2026
134
20:26 / 12 Noyabr 2026
139
20:14 / 12 Noyabr 2026
118
20:08 / 12 Noyabr 2026
122
20:05 / 12 Noyabr 2026
185
19:59 / 12 Noyabr 2026
113
19:49 / 12 Noyabr 2026
127
19:36 / 12 Noyabr 2026
129
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.