Qaynar xətt:

(+99450) 247 90 86

Bu ərazidə işıq olmayacaq

news/2025_12_14/isiq4333_1765735030.jpg

CƏMİYYƏT

69

16.02.2026, 21:16

"Azərişıq" ASCnin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) Naxçıvan şəhərində planlı təmir-bərpa işləri aparacaq.

Oxu24.com  xəbər verir ki, fevralın 17-də 35/10 kV-luq "Xətai" yarımstansiyasından qidalanan "Xəstəxana–Asfaltzavod" 10 kV-luq hava elektrik verilişi xətti razılaşdırılmış sifarişə əsasən açılacaq.

Bununla əlaqədar şəhərin 48, 49 və 52-ci məhəllələrində saat 11:00-dan 12:00-dək elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.

Enerji təchizatı sistemlərinin gücləndirilməsi, etibarlılığın artırılması və texniki baxışların aparılması məqsədilə müxtəlif ünvanlarda elektrik xətlərində və yarımstansiyalarda mərhələli təmir işləri həyata keçiriləcək.