Sahil Babayev kimləri işdən çıxarır?
02 Aprel 2026, 12:20
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
570
16.02.2026, 22:29
Mediada insanların boşanmaq üçün məhkəməyə müraciət etməsi barədə yalan məlumatın yayılması cinayət hesab ediləcək.
Oxu24.com xəbər verir ki, Trend Ali Məhkəmənin müvafiq Plenum qərarı və Cinayət Məcəlləsinə istinad edərək bu qənaətə gəlib.
Mediada yalan məlumatın yayılması
Belə ki, Ali Məhkəmənin Plenum qərarına əsasən, yayılmış həqiqətə uyğun olmayan məlumatlar xüsusiyyətlərinə görə fiziki şəxsin şərəfini, ləyaqətini ləkələməsə də, onun şəxsi toxunulmazlıq hüququnun pozulmasına səbəb ola bilər.
Bildirilib ki, mediada nikahda olan şəxsin məhkəməyə nikahın pozulmasına dair ərizə ilə müraciət etməsi barədə yalan məlumatın yayılması buna misal ola bilər.
Şəxsi həyatın toxunulmazlığını pozma
Cinayət Məcəlləsinə əsasən, şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması 1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya 240 saatdan 480 saatadək ictimai işlər və ya 1 ilədək müddətə islah işləri ilə cəzalandırılır.
Eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə, pilotsuz uçuş aparatlarından istifadə etməklə törədildikdə 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Şəxsi toxunulmazlıq hüququ
Konstitusiyaya əsasən, hər kəsin şəxsi toxunulmazlıq hüququ var.
Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ var. Qanunla nəzərdə tutulan hallardan başqa şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ var.
Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.
Qanunla müəyyən edilmiş hallar istisna olmaqla hər kəs onun haqqında toplanmış məlumatlarla tanış ola bilər. Hər kəsin onun barəsində toplanmış və həqiqətə uyğun olmayan, tam olmayan, habelə qanunun tələbləri pozulmaqla əldə edilmiş məlumatların düzəldilməsini və ya çıxarılmasını (ləğv edilməsini) tələb etmək hüququ var.
Həmçinin oxuyun
12:37 / 02 Aprel 2026
4
12:20 / 02 Aprel 2026
178
12:09 / 02 Aprel 2026
30
12:03 / 02 Aprel 2026
29
11:52 / 02 Aprel 2026
30
11:47 / 02 Aprel 2026
32
11:33 / 02 Aprel 2026
170
11:29 / 02 Aprel 2026
38
11:20 / 02 Aprel 2026
222
11:10 / 02 Aprel 2026
55
11:07 / 02 Aprel 2026
114
10:53 / 02 Aprel 2026
49
10:50 / 02 Aprel 2026
46
10:45 / 02 Aprel 2026
138
10:37 / 02 Aprel 2026
1034
10:32 / 02 Aprel 2026
58
10:25 / 02 Aprel 2026
245
10:24 / 02 Aprel 2026
50
10:17 / 02 Aprel 2026
366
10:15 / 02 Aprel 2026
53
10:03 / 02 Aprel 2026
54
10:02 / 02 Aprel 2026
51
10:00 / 02 Aprel 2026
51
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.