Xalq artistinin kürəkəni ilə bağlı QƏRAR
13 Noyabr 2026, 15:37
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
701
16.02.2026, 21:12
Bəzən vətəndaş illərlə topladığı vəsaiti verib ev alır, çıxarışını əldə edir və artıq özünü təhlükəsiz hiss edir. Ancaq bir müddət sonra məlum olur ki, həmin mənzil ondan əvvəl başqa bir şəxsə də satılıb. Bu cür hallar cəmiyyətdə ciddi narahatlıq yaradır və ən çox verilən sual da budur: “Evi əlimdən ala bilərlərmi?”
Oxu24.com xəbər verir ki,əmlak bazarında rast gəlinən bu tip mübahisələr əslində hüquqi baxımdan kifayət qədər aydın tənzimlənir.
Qanunvericiliyə görə, eyni daşınmaz əmlak iki nəfərə satılıbsa, əsas meyar müqavilələrin bağlanma tarixidir. Kim sübut edə bilsə ki, alqı-satqı müqaviləsi daha əvvəl bağlanıb və öhdəliklər icra olunub, onun hüququ qorunur.
Burada mühüm məqam sübut məsələsidir. Məhkəmə araşdırması zamanı müqavilənin tarixi, ödəniş sənədləri, notarial təsdiq və digər hüquqi faktlar qiymətləndirilir. Əgər birinci alıcı sübut edərsə ki, evi daha əvvəl alıb, ikinci bağlanmış müqavilə etibarsız sayıla bilər.
Hətta ikinci alıcı artıq çıxarış almış olsa belə, birinci alıcı öz hüququnu məhkəmədə sübut edərsə, sonradan verilmiş dövlət qeydiyyatı ləğv oluna bilər. Çünki daşınmaz əmlak üzərində ilkin hüquq üstün sayılır.
Bununla belə, ikinci alıcı tam müdafiəsiz qalmır. Əgər o, evi alarkən vicdanlı alıcı olubsa, yəni əvvəlki satışdan xəbəri olmayıbsa və rəsmi sənədlərə əsaslanaraq alqı-satqı edibdirsə, ödədiyi məbləği satıcıdan məhkəmə qaydasında tələb etmək hüququna malikdir.
Nəticə etibarilə, belə hallarda əsas prinsip sadədir: əvvəl bağlanmış müqavilə üstünlük təşkil edir. Lakin hər bir konkret iş üzrə qərar məhkəmə tərəfindən təqdim edilən sübutlar əsasında verilir. Ona görə də bu cür vəziyyətlə qarşılaşan şəxslərin vaxt itirmədən hüquqi yardım alması və sənədlərini məhkəmə qaydasında müdafiə etməsi vacibdir.
Hazırladı:Jalə
00:40 / 14 Noyabr 2026
95
00:02 / 14 Noyabr 2026
382
23:58 / 13 Noyabr 2026
90
23:49 / 13 Noyabr 2026
89
23:40 / 13 Noyabr 2026
102
23:28 / 13 Noyabr 2026
102
23:22 / 13 Noyabr 2026
97
23:17 / 13 Noyabr 2026
240
23:09 / 13 Noyabr 2026
112
23:05 / 13 Noyabr 2026
102
23:02 / 13 Noyabr 2026
159
22:53 / 13 Noyabr 2026
112
22:49 / 13 Noyabr 2026
105
22:41 / 13 Noyabr 2026
105
22:36 / 13 Noyabr 2026
124
22:18 / 13 Noyabr 2026
112
22:13 / 13 Noyabr 2026
108
22:03 / 13 Noyabr 2026
673
21:43 / 13 Noyabr 2026
989
21:36 / 13 Noyabr 2026
114
21:29 / 13 Noyabr 2026
144
21:24 / 13 Noyabr 2026
374
21:03 / 13 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.