Məşhur hotel sökülür?
11 May 2026, 00:17
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1260
16.02.2026, 23:55
Oxu24.com vəzifədə olan şəxslərlə bağlı maraqlı faktları təqdim edir.
Bu dəfə təqdim edəcəyimiz şəxs Zakir Zaur oğlu İbrahimovdur.
O,2 aprel 1974-cü ildə Bakı şəhərində anadan olub.
1990-cı ildə Leninqrad Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub. 1995-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 2004–2006-cı illərdə Odlar Yurdu Universitetində ABŞ-ın Corciya Universitetinin magistr proqramı üzrə biznesin idarəedilməsi (MBA) ixtisası üzrə təhsil alıb.
Əmək fəaliyyətinə 1993-cü ildə başlayıb. 1993–1995-ci illərdə “TAİS” Azərbaycan Gənclər İnteqrasiya Mərkəzində Hüquq və Biznesin İnkişafı üzrə mütəxəssis vəzifəsində çalışıb.
1995–1998-ci illərdə “Azticarət” ASC-də Hüquq və Biznesin İnkişafı üzrə aparıcı mütəxəssis olub.
1998–2002-ci illərdə “Azpetrol LTD” MMC-də Xüsusi Layihələrin Koordinasiyası və Təchizat Şöbəsinin müdiri vəzifəsini icra edib.
2003–2004-cü illərdə “EUPEC PipeCoating Azerbaijan BM” şirkətində baş direktorun müavini olub.
2004–2005-ci illərdə “Azpetrol Neft Şirkəti” MMC-də Strateji Araşdırmalar, İctimaiyyətlə Əlaqələr, Marketinq və Təchizat Departamentinin müdiri vəzifəsində çalışıb.
2005–2006-cı illərdə Moldova Respublikasında fəaliyyət göstərən “Azpetrol SRL” şirkətinin baş direktoru olub.
2006–2009-cu illərdə “EVR LTD” MMC-də baş direktor vəzifəsini icra edib.
2009–2016-cı illərdə “Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 26 may 2016-cı il tarixli sərəncamı ilə “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri təyin olunub və həmin tarixdən bu vəzifədə fəaliyyətini davam etdirir.
Hazırladı: Nərmin Balacayeva
00:40 / 11 May 2026
220
00:29 / 11 May 2026
166
00:17 / 11 May 2026
230
23:54 / 10 May 2026
242
23:46 / 10 May 2026
231
22:48 / 10 May 2026
81
22:27 / 10 May 2026
83
22:27 / 10 May 2026
80
22:12 / 10 May 2026
87
21:24 / 10 May 2026
342
21:21 / 10 May 2026
81
21:17 / 10 May 2026
91
21:09 / 10 May 2026
91
21:01 / 10 May 2026
234
20:36 / 10 May 2026
84
20:00 / 10 May 2026
93
19:36 / 10 May 2026
99
18:54 / 10 May 2026
360
18:31 / 10 May 2026
106
17:59 / 10 May 2026
189
17:51 / 10 May 2026
109
17:49 / 10 May 2026
191
17:37 / 10 May 2026
118
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.