Türk Mədəniyyəti və İrsi Fondunun rəhbəri Qaziantep şəhərində mühüm görüşlər keçirib
29 Aprel 2026, 12:47
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
983
16.02.2026, 19:53
Bloqer Ata Abdullayev azadlığa çıxdıqdan sonra həbsinin pərdəarxası ilə bağlı yayılan iddialara münasibət bildirib. O, həbs olunmasının keçmiş administrasiya rəhbəri Ramiz Mehdiyev ilə əlaqəli olması barədə gəzən söz-söhbətləri qəti şəkildə təkzib edib.
Oxu24.com xəbər verir ki,Demokrat.az-a danışan bloqer bu iddiaların tamamilə əsassız olduğunu vurğulayaraq bildirib ki, həbsinin Ramiz Mehdiyev ilə heç bir əlaqəsi yoxdur. O, barəsində çıxarılan qərarlara hər zaman hörmətlə yanaşdığını və cəzasının böyük hissəsini çəkdiyini qeyd edib. Ata Abdullayev ölkədə ədalətin təmin olunmasını dövlət başçısının fəaliyyəti ilə əlaqələndirib:
"Bütün bu ədalətin təmin olunmasının əsas qurucusu isə İlham Əliyevdir. Allah onu və birinci xanım Mehriban Əliyevanı başımızdan əksik etməsin".
Sosial şəbəkə hesabında daha geniş müraciət yayımlayan bloqer uzun ayrılıqdan sonra azad vətəndaş kimi hisslərini bölüşməkdə çətinlik çəkdiyini gizlətməyib.
O, məhkumluq dövründə dövlətin dəstəyini hər zaman hiss etdiyini bildirib.
Müraciətində vaxtından əvvəl azadlığa buraxılmasını ölkədəki humanizm prinsiplərinin nümunəsi kimi qiymətləndirib.
Həmçinin oxuyun
"Mən bu dayağa - dövlətimizin güc və qüvvətinə söykənib, ömrümün ən ağır sınağından şərəflə çıxmağı bacardım, zindan həyatının ağırlıq və məşəqqətinə sinə gərə bildim. Barəmdə azadlıqdan məhrumetmə cəzasını müəyyənləşdirən məhkəmənin canımızın fəda olduğu Azərbaycan dövləti adından qərar çıxarması amili mənə ikiqat güc və qüvvət verdi", — deyə o vurğulayıb.
Ata Abdullayev beş illik məhbus həyatı zamanı mənəvi dəstəyini əsirgəməyən ailəsinə və dostlarına minnətdarlığını ifadə edib.
Bloqer bundan sonra da fəaliyyətini dövlətə xidmət yolunda davam etdirəcəyini qeyd edərək müraciətini bu sözlərlə tamamlayıb:
"Bu gün 'dəmir yumruq' kimi yenidən bütövləşib ölkəmizi və xalqımızı yeni-yeni uğurlara daşımaq hər birimizin müqəddəs borcudur. Dövlət öz vətənini sevən, övladlıq və vətəndaşlıq borcunu xalqına və millətinə qaytarmağı bacaran insanları ilə güclüdür".
13:05 / 29 Aprel 2026
13
13:00 / 29 Aprel 2026
20
12:58 / 29 Aprel 2026
35
12:55 / 29 Aprel 2026
19
12:47 / 29 Aprel 2026
26
12:43 / 29 Aprel 2026
26
12:37 / 29 Aprel 2026
30
12:29 / 29 Aprel 2026
30
12:24 / 29 Aprel 2026
32
12:14 / 29 Aprel 2026
631
12:10 / 29 Aprel 2026
38
12:02 / 29 Aprel 2026
153
11:49 / 29 Aprel 2026
42
11:44 / 29 Aprel 2026
84
11:33 / 29 Aprel 2026
393
11:31 / 29 Aprel 2026
84
11:24 / 29 Aprel 2026
38
11:15 / 29 Aprel 2026
61
11:10 / 29 Aprel 2026
520
10:59 / 29 Aprel 2026
49
10:50 / 29 Aprel 2026
63
10:48 / 29 Aprel 2026
381
10:47 / 29 Aprel 2026
54
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.