Eyni cinayətə görə niyə fərqli cəzalar verilir? – Hüquqi izah
08 May 2026, 17:25
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
756
16.02.2026, 23:30
Valideynin sağlığında övladlarından birinə evi bağışlaması tez-tez mübahisə doğuran məsələlərdəndir. Sual adətən belə qoyulur: ata üç övladından birinə evi bağışlayıbsa, onun vəfatından sonra digər övladların həmin evə pay hüququ qalırmı?
Oxu24.com xəbər verir ki,hüquqi baxımdan bağışlanma müqaviləsi ilə verilmiş əmlak bağışlanan şəxsin şəxsi mülkiyyətinə keçir və artıq vərəsəlik kütləsinə daxil edilmir. Yəni ata sağlığında evi qanuni qaydada rəsmiləşdirilmiş müqavilə ilə övladına bağışlayıbsa, bu əmlak onun ölümündən sonra miras kimi bölünmür.
Vərəsəlik hüququ yalnız şəxsin vəfatından sonra ona məxsus olan əmlaka şamil edilir.
Əgər əmlak sağlıqda başqa şəxsin mülkiyyətinə keçibsə, artıq həmin əmlak miras predmetinə daxil olmur. Bu baxımdan, digər övladların avtomatik şəkildə həmin ev üzərində pay hüququ yaranmır.
Həmçinin oxuyun
Lakin nəzərə almaq lazımdır ki, bəzi hallarda bağışlanma mübahisələndirilə bilər. Əgər sübut olunarsa ki, bağışlanma formal xarakter daşıyıb, yaxud digər vərəsələrin hüquqlarından yayınmaq məqsədi güdüb, məhkəmə məsələyə hüquqi qiymət verə bilər.
Bundan əlavə, qanunvericilikdə əqdlərin etibarsız sayılması ilə bağlı iddia müddətləri mövcuddur. Əgər müəyyən olunmuş müddət ərzində iddia qaldırılmayıbsa, sonradan hüquq tələb etmək imkanları məhdudlaşa bilər.
Başqa sözlə, ata sağlığında evi bağışlayıb və bu bağışlanma üzərindən uzun müddət keçib, həmin müddətdə heç bir iddia qaldırılmayıbsa, sonradan digər övladların pay tələb etməsi hüquqi baxımdan çətinləşir. Hər bir halda məsələ konkret faktiki vəziyyətə, sənədlərin düzgün rəsmiləşdirilməsinə və müddətlərin qorunub-qorunmamasına görə qiymətləndirilir. Buna görə də belə hallarda hüquqi məsləhət almaq vacibdir.
Hazırladı: Şahbaz
19:29 / 08 May 2026
1
19:16 / 08 May 2026
25
19:05 / 08 May 2026
155
18:57 / 08 May 2026
38
18:42 / 08 May 2026
155
18:38 / 08 May 2026
46
18:29 / 08 May 2026
53
18:19 / 08 May 2026
204
18:05 / 08 May 2026
164
17:55 / 08 May 2026
149
17:45 / 08 May 2026
55
17:35 / 08 May 2026
45
17:25 / 08 May 2026
46
17:15 / 08 May 2026
457
17:10 / 08 May 2026
56
16:56 / 08 May 2026
347
16:42 / 08 May 2026
97
16:40 / 08 May 2026
52
16:37 / 08 May 2026
63
16:32 / 08 May 2026
65
16:24 / 08 May 2026
1031
16:22 / 08 May 2026
164
16:06 / 08 May 2026
88
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.