Bələdiyyənin qəbul etdiyi qərarlar məcburidirmi?
01 Aprel 2026, 15:44
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
1391
16.02.2026, 22:40
“İşəgötürən işçini müqaviləsiz işlədirsə, burada işçi də məsuliyyət daşıyırmı?” - Vəkil aydınlıq gətirir
İşəgötürən və işçi arasında müqavilə bağlanmadan işçi o müəssisədə çalışarsa, bu neçə müddətdən sonra qanun pozuntusu kimi qeydə alınar?
Bu qanun pozuntusu ilə bağlı əlaqədar orqanlara xəbər verməyən işçi də cəzalandırılırmi?
Məsələ ilə bağlı Oxu24.com-un suallarını vəkil Ozal Xəlilov cavablandırıb.
Əmək müqaviləsiz işə buraxma, qanun pozuntusu olaraq nə vaxt başlayır və kim məsuliyyət daşıyır? Üstəlik, neçə müddətdən sonra pozuntu sayılır?
Həmçinin oxuyun
Vəkilin sözlərinə görə,burada “gözləmə müddəti” yoxdur. Əmək müqaviləsi tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqdan – son imza tarixindən hüquqi qüvvəyə minir. Deməli, işçi “müqavilə hüquqi qüvvəyə minməmiş” faktiki işə buraxılıbsa, qanun pozuntusu olaraq ilk iş günündən, yəni, ilk andan başlayır. AR İnzibati Xətalar Məcəlləsinə əsasən Əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə cəlb etməyə görə cərimə işəgötürənə tətbiq olunur.İşəgötürən fiziki şəxs 1000–2000 manat, vəzifəli şəxs 3000–5000 manat, hüquqi şəxs 20 000–25 000 manat cərimələnir.
Vəkil onu da bildirib ki, əgər əmək müqaviləsiz işlədilən işçilərin sayı 10 və daha çoxdursa, artıq şəxslər inzibati məsuliyyətə deyil, vəzifəli şəxslər AR Cinayət Məcəlləsinə əsasən cinayət məsuliyyətinə cəlb olunurlar.
"Onlar yeddi min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilərlər.
Bu əmələ görə, AR Vergi Məcəlləsində maliyyə sanksiyası da nəzərdə tutulub. Belə ki, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçi işə cəlb olunmaqla gəlirin gizlədilməsinə/azaldılmasına şərait yaradılıbsa, hər bir işçi üzrə təqvim ili ərzində birinci dəfə 2000 manat, ikinci dəfə 4000 manat, üç və daha çox dəfə: 6000 manat maliyyə sanksiyası tətbiq edilir.
2) İşçi xəbər verməsə, özü cəzalanır? Bu pozuntuya görə (müqaviləsiz işə buraxma) qanunvericilikdə sanksiya mexanizmi əsasən işəgötürəni hədəfləyir; “xəbər vermədi” deyə işçi üçün ayrıca inzibati cəza məntiqi bu maddələrdə nəzərdə tutulmur. Praktik risk isə başqadır: müqaviləsizlik işçinin sosial sığorta, staj, məzuniyyət, əməkhaqqının sübutu kimi hüquqlarını çətinləşdirir” -deyə Ozal Xəlilov vurğulayıb.
Əntiqə Rəşid
19:59 / 01 Aprel 2026
12
19:49 / 01 Aprel 2026
25
19:36 / 01 Aprel 2026
116
19:25 / 01 Aprel 2026
45
19:12 / 01 Aprel 2026
50
19:02 / 01 Aprel 2026
57
18:52 / 01 Aprel 2026
50
18:39 / 01 Aprel 2026
48
18:28 / 01 Aprel 2026
52
18:27 / 01 Aprel 2026
164
18:19 / 01 Aprel 2026
169
18:09 / 01 Aprel 2026
173
18:00 / 01 Aprel 2026
169
18:00 / 01 Aprel 2026
99
17:50 / 01 Aprel 2026
52
17:39 / 01 Aprel 2026
187
17:24 / 01 Aprel 2026
96
17:21 / 01 Aprel 2026
59
17:11 / 01 Aprel 2026
393
17:06 / 01 Aprel 2026
194
16:59 / 01 Aprel 2026
54
16:38 / 01 Aprel 2026
62
16:30 / 01 Aprel 2026
692
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.