Bu ölkələrin vətəndaşları Azərbaycana vizasız səfər edə biləcək
17 Fevral 2026, 00:02
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
173
16.02.2026, 20:46
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, fevralın 17-18-də qərb küləyinin güclənməsi və havanın temperaturunun tədricən yüksəlməsi fonunda bəzi yüksək dağlıq ərazilərdə qar uçqunu olması ehtimalı var.
Oxu24.com xəbər verir ki, bununla əlqədar Fövqəladə Hallar Nazirliyi müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladır.
Belə ki, qar uçqunundan qorunmaq üçün uçqun ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzmək, qar uçqunu başladıqda isə dərhal qaçaraq onun yolu üstündən kənara çıxmağa çalışmaq, yaxınlıqdakı qayanın çıxıntısı altında gizlənmək lazımdır.
Əgər qar uçqunundan qaçıb qurtarmaq mümkün deyilsə, çanta və bu kimi digər əşyaları kənara atın, çömələrək dizlərinizi özünüzə sıxıb bədəninizi axının hərəkət istiqamətinə yönəldin.
Uçqun sizi yaxalayıbsa:
- nəfəs yollarını qardan qorumaq üçün ağız və burnunuzu şərf, əlcək, yaxud paltarın yaxalığı ilə örtün;
- qollarınızla suda üzən kimi hərəkət edərək uçqunun səthinə və ya kənarına çıxmağa çalışın;
Həmçinin oxuyun
- axın dayandıqda qar altında rahat nəfəs almaq üçün qollarınızla döş qəfəsi və üz ətrafında boşluq yaratmağa çalışın;
- uçqunun səthinə tərəf hərəkət etməyə çalışın (səthin harada olduğunu ağızdan axan selikin istiqamətinə görə təyin etmək olar);
- qar altından müstəqil çıxa bilmirsinizsə, qışqırmaq və sair hərəkətlər etməyin. Bu, sizin qüvvənizi, ətrafınızdakı oksigeni və istiliyi azaldır;
- soyuqqanlılığınızı itirmədən xilasediciləri gözləyin, yuxuya getməyin.
Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!
00:18 / 17 Fevral 2026
1
00:02 / 17 Fevral 2026
42
23:58 / 16 Fevral 2026
24
23:55 / 16 Fevral 2026
71
23:54 / 16 Fevral 2026
26
23:50 / 16 Fevral 2026
31
23:44 / 16 Fevral 2026
24
23:43 / 16 Fevral 2026
24
23:39 / 16 Fevral 2026
29
23:35 / 16 Fevral 2026
31
23:35 / 16 Fevral 2026
26
23:32 / 16 Fevral 2026
30
23:30 / 16 Fevral 2026
35
23:30 / 16 Fevral 2026
30
23:23 / 16 Fevral 2026
35
22:56 / 16 Fevral 2026
39
22:56 / 16 Fevral 2026
351
22:52 / 16 Fevral 2026
47
22:40 / 16 Fevral 2026
255
22:34 / 16 Fevral 2026
49
22:29 / 16 Fevral 2026
59
22:09 / 16 Fevral 2026
75
21:54 / 16 Fevral 2026
53
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.