Qaynar xətt:

(+99450) 247 90 86

TƏBİB-in yeni sədrindən İLK AÇIQLAMA

news/2026_02_16/anar_israfilov_1771246925.jpg

CƏMİYYƏT

99

16.02.2026, 17:13

Xəbər verdiyimiz kimi, bu gün Vüqar Qurbanov TƏBİB-in icraçı direktoru vəzifəsindən azad olunub və onun səlahiyyətləri müavini Anar İsrafilova həvalə edilib.

Oxu24.com xəbər verir ki,Manset.az Anar İsrafilovla əlaqə saxlayıb. O, yeni təyinatı ilə bağlı qısa açıqlama verib:

"Hələki yeni təyin olunmuşam.  Yəqin ki, TƏBİB-də kadr dəyişiklikləri və yeniliklər olacaq. Hələki bu barədə nəsə deyə bilmirəm".

Qeyd edək ki, Anar israfilov 2006-2022-ci illər ərzində Səhiyyə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. Səhiyyə nazirinin köməkçisi, Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri kimi fəaliyyət göstərib. 2022-ci ildən TƏBİB-in icraçı direktorunun müavini vəzifəsində çalışır