Xalq artistinin kürəkəni ilə bağlı QƏRAR
13 Noyabr 2026, 15:37
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
848
16.02.2026, 18:59
Məlum olduğu kimi, Azərbaycanda Cinayət-Prosessual Məcəlləsinə dəyişiklik təklif edilir. Təklif olunan dəyişikliyə əsasən, məhkəmənin qərarı olmadan axtarış və ya götürmənin həyata keçirilə biləcəyi halların dairəsi genişləndirilir.
Belə ki, təxirə salına bilməyən hallarda müstəntiq, şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayətin törədilməsinə və ya həmin cinayətin törədilməsinə hazırlığın aparılmasına dair İKT sisteminin, onun hissələrinin, elektron verilənlərin saxlanıldığı daşıyıcıların və ya elektron verilənlərin gizlədilməsi və ya məhv edilməsi ehtimalı barədə dəqiq məlumat olduqda, məhkəmənin qərarı olmadan axtarış və ya götürmə həyata keçirə biləcək. Əldə edilən sübutlar və əməliyyat-axtarış fəaliyyətinin materialları, İKT sistemində, onun hissələrində, elektron verilənlərin saxlanıldığı daşıyıcılarda və ya elektron verilənlərdə iş üzrə sübut ola biləcək məlumatların olması barədə kifayət qədər əsaslar verərsə, həmin sistemlərdə axtarış aparılacaq və mütəxəssis iştirakı ilə verilənlər götürüləcək.E-huquq.az
Oxu24.com xəbər verir ki, sözügedən dəyişiklik barədə sosial şəbəkələrdə cəmiyyətdə çaşqınlıq və narahatlıq yaradan informasiyalar yayılıb. Belə ki, dəyişikliklərlə bundan sonra istənilən şəxsin telefonuna müdaxilə edilə biləcəyi iddia olunub.
Vəkil Emin Kiçikbəyov bu məsələyə aydınlıq gətirib.
"Bəzi insanlarda belə bir təsəvvür formalaşıb ki, müstəntiq hər kəsin telefonuna, kompüterinə və digər elektron cihazlarına baxa, şəxsin icazəsi olmadan onun məlumatlarını götürə bilər. Əslində bu belə deyil. Burada söhbət barəsində cinayət işi açılmış şəxsdən gedir. Yəni, müstəntiq barəsində cinayət işi açılan şəxsin telefonuna baxa bilər, onun danışıqları çıxarıla bilər. Əslində burada ciddi bir dəyişiklik yoxdur. Sadəcə olaraq məhkəmənin qərarı olmadan müstəntiqə bu səlahiyyətlər verilir. Ona görə də, bu məqama xüsusi fikir vermək lazımdır. İnsanları təşvişə salmaq lazım deyil. İcazə olmadan heç bir şəxsin telefonuna baxış keçirmək olmaz, müdaxilə edilə bilməz. Bu qanunvericilikdə birbaşa cinayətdir. Bu barədə cəmiyyətə dəqiq və düzgün məlumat verilməlidir", - deyə vəkil qeyd edib.
00:40 / 14 Noyabr 2026
95
00:02 / 14 Noyabr 2026
382
23:58 / 13 Noyabr 2026
90
23:49 / 13 Noyabr 2026
89
23:40 / 13 Noyabr 2026
102
23:28 / 13 Noyabr 2026
102
23:22 / 13 Noyabr 2026
97
23:17 / 13 Noyabr 2026
240
23:09 / 13 Noyabr 2026
112
23:05 / 13 Noyabr 2026
102
23:02 / 13 Noyabr 2026
159
22:53 / 13 Noyabr 2026
112
22:49 / 13 Noyabr 2026
105
22:41 / 13 Noyabr 2026
105
22:36 / 13 Noyabr 2026
124
22:18 / 13 Noyabr 2026
112
22:13 / 13 Noyabr 2026
108
22:03 / 13 Noyabr 2026
673
21:43 / 13 Noyabr 2026
989
21:36 / 13 Noyabr 2026
114
21:29 / 13 Noyabr 2026
144
21:24 / 13 Noyabr 2026
374
21:03 / 13 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.