Azərbaycanda daha bir məşhur veriliş bağlandı - FOTO
27 Aprel 2026, 22:09
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
531
16.02.2026, 15:26
Ağdam şəhərində aparılan bərpa-quruculuq işləri çərçivəsində 5-ci yaşayış kompleksinin tikintisi davam etdirilir. Layihəyə uyğun olaraq, yaşayış kompleksində 50 binanın inşası nəzərdə tutulur.
Oxu24.com xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Fidan Məmmədli bildirib ki, artıq 2-ci yaşayış kompleksinə sakinlərin köçü təmin olunub. Bu yaşayış kompleksində 103 ailə olmaqla, 403 ailə yaşayır. Ağdam şəhərindəki digər yaşayış kompleksində də işlər davam edir
5-ci yaşayış kompleksində isə 50 binanın inşası nəzərdə tutulur. Onlardan 40-ı çoxmənzilli yaşayış binası, 10-u isə qeyri-yaşayış binalarıdır. Bu yaşayış kompleksi 12 məhəllədən ibarət olacaq. Ümumilikdə isə 1074 mənzilin inşası planlaşdırılır.
F.Məmmədli qeyd edib ki, yaxın vaxtlarda 3-cü yaşayış kompleksində də tikinti işlərinə başlanılması nəzərdə tutulur. 3-cü yaşayış kompleksi 13 məhəllədən ibarət olacaq.
Ağdam şəhərində digər yeniliklərdən də danışan Fidan Məmmədli deyib: “Ağdam Cümə məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Məscidin yardımçı tikililəri Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti tərəfindən inşa ediləcək və tikintiyə yaxın vaxtlarda başlanılacaq. Eyni zamanda, Ağdam şəhərində çoxfunksiyalı inzibati binanın da tikintisinə yaxın vaxtlarda başlanması nəzərdə tutulur”.
Sonra layihə rəhbəri Nəbi Mansurovla söhbət edirik. Məlum olur ki, məhəllədə yeraltı və yerüstü avtopark, velosiped saxlama yerləri də olacaq. Bütün bu amillər nəqliyyatın hərəkətinin tənzimlənməsinə öz töhfəsini verəcək
Həmçinin oxuyun
135-ci məhəllə üzrə layihə rəhbəri Telman Paşşanov isə deyib: “135-ci məhəllədə 2 ədəd altımərtəbəli, 1 ədəd səkkizmərtəbəli bina inşa olunur. Mənzillər 2, 3 və 4 otaqlıdır. Yeraltı avtodayanacaq və zirzəmiləri bir-birinə bağlayan yeraltı qalereya olacaq. Hazırda binaların yeraltı konstruksiya hissəsi tamamlanıb, 3-cü mərtəbələrin işləri yekunlaşır. Həmçinin yerüstü avtodayanacaq, kiçik stadion və binalararası yolların inşası nəzərdə tutulur. Konstruksiya işlərinin may ayında yekunlaşması planlaşdırılır. Hazırda konstruksiya işləri ilə yanaşı hörgü və mühəndis-kommunikasiya işləri də davam edir”.(AzərTac)
22:09 / 27 Aprel 2026
1
22:01 / 27 Aprel 2026
42
21:56 / 27 Aprel 2026
382
21:53 / 27 Aprel 2026
32
21:52 / 27 Aprel 2026
25
21:43 / 27 Aprel 2026
198
21:40 / 27 Aprel 2026
32
21:38 / 27 Aprel 2026
34
21:27 / 27 Aprel 2026
46
21:15 / 27 Aprel 2026
133
21:02 / 27 Aprel 2026
59
20:45 / 27 Aprel 2026
49
20:30 / 27 Aprel 2026
179
20:22 / 27 Aprel 2026
164
20:08 / 27 Aprel 2026
126
19:56 / 27 Aprel 2026
204
19:46 / 27 Aprel 2026
72
19:35 / 27 Aprel 2026
78
19:26 / 27 Aprel 2026
85
19:15 / 27 Aprel 2026
212
18:54 / 27 Aprel 2026
130
18:37 / 27 Aprel 2026
206
18:20 / 27 Aprel 2026
130
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.