Qaynar xətt:

(+99450) 247 90 86

“Səidin ruhu Şişqayadan Hadrutun köç gələn yollarına baxıb sevinir” – Şəhid atası   

news/2026_02_16/whatsapp_image_2026_02_16_at_160613_1771255238.jpeg

CƏMİYYƏT

152

16.02.2026, 19:13

Bu gün növbəti dəfə bir tarixi hadisənin şahidi oluruq. Növbəti köç karvanları Xocavənd rayonunun Hadrut və Qırmızı Bazar qəsəbələrinə çatıb. Məlumatlarda deyilir ki, bu mərhələdə Hadruta 10 (47 nəfər), Qırmızı Bazara isə 20 ailənin (91 nəfər) qayıdışı təmin olunub.

Vətən müharibəsində  könüllü döyüşən, rəşadət göstərən,  2020-ci ilin oktyabrın 11-də Hadrut qəsəbəsində Azərbaycan bayrağını sancan zaman şəhid  olan  baş leytenant Səid Rəşidzadənin atası  keçirdiyi hissləri Oxu24.com -la bölüşüb.

 Prezidentin müvafiq sərəncamları ilə "Vətən uğrunda", "İgidliyə görə", "Xocavəndin azad olunmasına görə"  "Füzulinin azad olunmasına görə" medalları, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunan Şəhidin atası Nofəl Qasımov bildirib ki, Hadruta köçürülənlər qədər sevinir:” Qarabağın hər hansı kəndinə , şəhərinə qayıdış baş tutduqca sevincimin həddi hüdudu olmur. Camaatımız yerinə-yurduna qayıdır. Sınıq, kədərli “köçkün” adı üstümüzdən götürülür. Allah şəhidlərimizin mkanını behişt etsin daima! Onların sayəsində  bu günləri yaşayırıq. Vallah bəzən biri deyəndəki, Şuşaya getmişdim, yaxud Xankəndidən gəlirəm, bir anlaq  az qalıram qol götürüb oynayam ki, yəni doğrudanmı , xəyalını belə qura  bilmədiyimiz  günləri  artıq yaşayırıq?

Amma, düzünü deyim, artıq bir neçə  dəfədir ki, Hadruta köç getrüməsini eşidəndə həm sevinirəm, həm də göz yaşlarımı  saxlaya bilmirəm. Mənim oğlumun  qanı Hadruta səpələnib. (Xocavənd rayonunun Hadrut qəsəbəsi yaxınlığında yerləşən strateji əhəmiyyətli ərazi olan Şişqaya yüksəkliyində)

Ora elə Səidin doğulduğu Horadiz qədər mənə əzizdir. Hiss edirəm ki, Səidin ruhu göyə qaldırdığı o bayrağın ətrafında gəzir, o bayrağı qoruyur. Bütün ürəyimlə onu da hiss edirəm ki, köç maşınları Hadruta daxil olanda, insanların sevincli səsi, qayğısız gülüşü  məhlələrdən, küçələrdən    göylərə qalxanda  Səidin ruhu necə şad olur. Ona görə kövrəlirəm, həm də olduqca sevinirəm, axı mənim oğlum da sevinir.

 Düzdür, yüzlərlə  Allahverdi Bağırovlar şəhid oldu ki,  o qayğısız   sevinc dolu səslər gülüşlər Ağdamdan eşidirlsin, Əliyar Əliyev kimi  yüzlərlə oğullar Qubadlını, Pəlivan Fərzəliyev kimi yüzlərlə igid Füzuli,  Rizvan Teymurov kimi yüzlərlə igid Şuşa  və minlərlə  Azərbaycan oğulları   bu gün üçün  canını “uff” demədən qurban verdi. Bu igidlərin ruhunun hər zaman şad olmasını istəyən hər  kəs  o torpaqların qədrini biləcək, o torpağı sevəcəklər. Lap mənim qədər...” – deyə şəhid atası Nofəl Qasımov  telefonun o başında xeyli susdu və yəqin ki, ya qəhərdən, və ya sevincdən  fikrini tamamlamadı.

Xatırladaq ki,  sentyabrda  Hadrut qəsəbəsinə  ilk köç  zamanı  10 ailə 41 nəfər,  noyabrda  17 ailə (63 nəfər), dekabrda 26 nəfərdən ibarət 6 ailəyə köçürülüb. Bu  gün isə Hadruta 10 (47 nəfər)  artıq çatıb.

 Əntiqə Rəşid