12 fevralda bizi nələr gözləyir? - BÜRCLƏR
12 Fevral 2026, 01:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
81
11.02.2026, 22:59
Novruzun barış və yenilənmə çağırışları, Ramazanın isə mərhəmət və bağışlanma fəlsəfəsi fonunda cəmiyyətdə ən çox səslənən suallardan biri də ənənəvi olaraq əfv sərəncamı ilə bağlı olur. Hər iki bayram Azərbaycan cəmiyyətində xüsusi mənəvi çəkiyə malikdir və illərdir ki, bu ərəfələrdə humanist qərarların qəbul ediləcəyi ilə bağlı gözləntilər formalaşır.
Son illərdə ölkədə bir neçə dəfə geniş amnistiya və əfv sərəncamları imzalansa da, hər yeni bayram öncəsi məsələ yenidən aktuallaşır. Xüsusilə də böyük amnistiyadan sonra siyahıya düşməyən şəxslərin yaxınları növbəti humanist addımı gözləyirlər. Bu baxımdan qarşıdan gələn Novruz və Ramazan bayramları ərəfəsində əfv sərəncamının imzalanıb-imzalanmayacağı yenidən ictimai müzakirə predmetinə çevrilib. Maraqlıdır, qarşıdan gələn Novruz və Ramazan bayramları münasibətilə əfv sərəncamı gözlənilirmi?
Oxu24.com bildirir ki, mövzu ilə bağlı konkret.az-a açıqlama verən hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib ki, hazırda bu istiqamətdə rəsmi məlumat yoxdur:
“Amma çox istərdik ki, əfv sərəncamı olsun. Böyük amnistiya oldu, başa düşürəm ki, həmin amnistiyaya bizim çox istədiklərimiz düşmədi, amma yenə də çox ailə sevindi. İndi də istərdik ki, cavan qızlarımız, siyasi fəallar azad olunsunlar”.
Hüquq müdafiəçisi qeyd edib ki, ölkədə həyata keçirilən genişmiqyaslı layihələr və gələcək planlar fonunda cəmiyyət daxilində birliyin gücləndirilməsi vacibdir:
Həmçinin oxuyun
“Azərbaycan o qədər gözəl görüşlər keçirir, gələcəyin 100 illik planını gerçəkləşdirir. Bu işdə hamımız bir yerdə olmalıyıq. Bütün münaqişələr ölkə daxilində aradan qaldırılmalıdır ”.
Qeyd edək ki, Azərbaycanda əfv sərəncamları adətən əlamətdar tarixlər və bayramlar ərəfəsində imzalanır. Bununla belə, əfv məsələsi birbaşa dövlət başçısının səlahiyyətindədir və rəsmi qərar yalnız sərəncam imzalandıqdan sonra açıqlanır.
01:40 / 12 Fevral 2026
1
01:05 / 12 Fevral 2026
47
00:48 / 12 Fevral 2026
37
00:31 / 12 Fevral 2026
40
00:09 / 12 Fevral 2026
163
23:39 / 11 Fevral 2026
52
23:23 / 11 Fevral 2026
134
23:21 / 11 Fevral 2026
64
23:16 / 11 Fevral 2026
206
23:14 / 11 Fevral 2026
67
23:11 / 11 Fevral 2026
102
23:05 / 11 Fevral 2026
103
23:00 / 11 Fevral 2026
56
22:54 / 11 Fevral 2026
124
22:44 / 11 Fevral 2026
58
22:39 / 11 Fevral 2026
63
22:26 / 11 Fevral 2026
81
22:21 / 11 Fevral 2026
48
22:00 / 11 Fevral 2026
65
21:59 / 11 Fevral 2026
1288
21:54 / 11 Fevral 2026
94
21:46 / 11 Fevral 2026
83
21:42 / 11 Fevral 2026
121
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.