DYP açıqlama yaydı
31 Mart 2026, 16:35
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
4253
11.02.2026, 21:59
Oxu24.com vəzifə tutan uğurlu xanımlarla bağlı yazıları təqdim edir.
Bu dəfə təqdim edəcəyimiz şəxs Milli Məclisin sədri Sahibə xanım Qafarovadır.
O 1955-ci il martın 19-da Şəmkir şəhərində anadan olub.
Sahibə Qafarova ixtisasca müəllimdir. O, M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitunun Rus dili və ədəbiyyatı fakültəsini (Bakı Slavyan Universiteti) və Azərbaycan Pedaqoji Dillər İnstitunun İngilis filologiyası fakültəsini fərqlənmə diplomları ilə bitirib.
Sahibə Qafarova Azərbaycan Respublikasının Milli Məclisinin IV, V, VI, VII çağırışında deputat, 2020-ci ildən isə Milli Məclisinin Sədridir.
Sahibə Qafarova filologiya elmləri doktoru, professordur. O, ilk əmək fəaliyyətinə isə 1978–1981-ci illərdə Şəmkir şəhərində orta məktəblərdə müəllim olaraq başlayıb.
Daha sonra, 1981–2020-ci illərdə Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun (Bakı Slavyan Universiteti) laborantı, müəllimi, baş müəllimi, dosenti, professoru, Qərb Universitetinin Qərb dilləri fakültəsinin dekanı, Bakı Slavyan Universitetinin Avropa dilləri kafedrasının müdiri vəzifələrində çalışıb. 2004–2020-ci illərdə Bakı Slavyan Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsində (2010–2020-ci illərdə ictimai əsaslarla) işləyib. 2006–2007-ci illərdə ABŞ Dövlət Departamentinin "Fulbrayt Skolarşip" proqramı çərçivəsində Miçiqan Universitetinin Qadınlar və Gender Araşdırmaları İnstitutunda çalışıb.
Həmçinin oxuyun
2013–2015-ci illərdə Avropa Şurası Parlament Assambleyasının Gender bərabərliyi və Rasizm və ksenofobiyaya qarşı alt komitələrinə rəhbərlik edib.
2015–2017 Avropa Şurası Parlament Assambleyasının "Zorakılıqdan azad qadınlar" parlament şəbəkənin siyasi əlaqələndiricisi, Qadınlara qarşı zorakılıqla mübarizə üzrə Baş məruzəçisi, Avropa Şurası Parlament Assambleyasının Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin sədri vəzifəsində çalışıb, Büro üzvü olub.
2018–2020-ci illərdə Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri olub.
Hazırda MDB-nin Parlamentlərarası Assambleyasında və Türkdilli Ölkələrin Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətlərinin rəhbəridir.
Evlidir, 2 övladı var.
Hazırladı: Nərmin Balacayeva
16:36 / 31 Mart 2026
8
16:35 / 31 Mart 2026
6
16:20 / 31 Mart 2026
28
16:12 / 31 Mart 2026
489
16:01 / 31 Mart 2026
44
15:49 / 31 Mart 2026
44
15:46 / 31 Mart 2026
42
15:35 / 31 Mart 2026
41
15:33 / 31 Mart 2026
42
15:15 / 31 Mart 2026
46
15:07 / 31 Mart 2026
42
15:05 / 31 Mart 2026
51
14:58 / 31 Mart 2026
166
14:48 / 31 Mart 2026
712
14:43 / 31 Mart 2026
48
14:21 / 31 Mart 2026
802
14:18 / 31 Mart 2026
59
14:15 / 31 Mart 2026
125
14:14 / 31 Mart 2026
61
14:07 / 31 Mart 2026
57
14:04 / 31 Mart 2026
73
13:54 / 31 Mart 2026
498
13:52 / 31 Mart 2026
61
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.