Konstitusiya Məhkəməsi məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi ilə bağlı qərar qəbul edib
17 Aprel 2026, 20:11
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
1084
11.02.2026, 23:16
Son günlər cəmiyyətdə ən çox mübahisələndirilən mövzulardan biri də işçilərin işdən azad olunması və bu mövzuda mübahisələrlə bağlıdır.Burada müddətli əmək müqavilələri də əsas mübahisə mövzusu olaraq qalır.
İşçini işdən çıxarmaq bu qədərmi asandı?Müddətli və müddətsiz ənək müqaviləsi arasında fərq nədir?
Vəkil Sadiq Əfəndiyev Oxu24.com-a mövzu ilə bağlı danışarkən bildirib ki, işçi ilə müqaviləyə xitam vermək istədikdə müqavilə müddətinin bitməsinə ən azı 1 həftə qalmış bunu işçiyə xəbər vermək lazımdır:
Həmçinin oxuyun
”Əmək qanunvericiliyinə görə (ƏM maddə 73) işəgötürən müddətli əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam vermək istədikdə müddətin bitməsinə ən azı 1 həftə qalmış işçini yazılı şəkildə (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməlidir. Bu qanunun məcburi tələbidir. İşəgötürən tərəfindən bu tələbə riayət edilməməsi artıq həmin əsasla əmək müqaviləsinə xitam verilməsini istisna edir və əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır. Əgər müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam etmişdirsə, həmin əmək müqaviləsi müddətsiz əmək müqaviləsi hesab ediləcəkdir. Bəzən təcrübədə işəgötürənlər əmək müqaviləsinə xitam verilməsini asanlaşdırmaq və müəyyən hüquqi məhdudiyyətlərdən yayınmaq üçün mahiyyətinə görə daimi xarakter daşıyan iş üçün də müddətli əmək müqaviləsi bağlayırlar ki, bu da əmək qanunvericiliyinin tələblərinə ziddir. Belə ki, əmək qanunvericiliyinin tələbinə görə (ƏM maddə 45) əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Bu cür hallarda işçi tərəfindən həmin müddətli əmək müqaviləsinin müddəsiz hesab edilməsinə dair mülki məhkəmə icraatı qaydasında məhkəməyə iddia verilə bilər. Bununla yanaşı əmək qanunvericiliyi (ƏM maddə 79) müəyyən hallarda və müəyyən kateqoriya işçilərlə əmək müqaviləsinə xitam verilməsini qadağan edir ki, bu kateqoriya şəxslərdən biri də yeganə qazanc yeri işlədiyi iş yeri olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərdir” -deyə vəkil vurğulayıb.
Miri Məcidli
10:00 / 18 Aprel 2026
1
09:50 / 18 Aprel 2026
11
09:36 / 18 Aprel 2026
24
09:30 / 18 Aprel 2026
27
08:45 / 18 Aprel 2026
39
08:41 / 18 Aprel 2026
39
08:38 / 18 Aprel 2026
45
00:43 / 18 Aprel 2026
163
00:02 / 18 Aprel 2026
131
23:45 / 17 Aprel 2026
89
23:43 / 17 Aprel 2026
2492
23:41 / 17 Aprel 2026
89
23:39 / 17 Aprel 2026
323
23:35 / 17 Aprel 2026
221
23:29 / 17 Aprel 2026
144
23:10 / 17 Aprel 2026
405
23:07 / 17 Aprel 2026
3734
22:40 / 17 Aprel 2026
220
22:31 / 17 Aprel 2026
134
22:24 / 17 Aprel 2026
3394
22:21 / 17 Aprel 2026
147
22:21 / 17 Aprel 2026
86
22:19 / 17 Aprel 2026
73
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.