Yəhərsiz at sürmək hansi xəstəliyi sağaldir? – həftədə 2 dəfə…
10 May 2026, 20:00
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1192
11.02.2026, 17:13
Uzun müddətdir ki, sərçələrin Bakı şəhərində gözə görünmədiyinin fərqindəyik. Sərçələrin kütləvi şəkildə qırğını ilə bağlı media hələ 2011-ci ildə həyəcanlı xəbərlər yaymışdı. Hazırda isə bu quşlara Bakıda az hallarda rast gəlinir.
Bu günlərdə isə qağayıların ölməsi ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayıldı.
Beləki, Xəzər dənizinin sahilində kütləvi tələf olmuş quş cəsədləri aşkarlanıb və araşdırmalar göstərir ki, bu kimi hallar əsasən gölətrafı, sahilyanı ərazilərdə müşahidə edilir.
Mütəxəssislər Azərbaycan Televiziyasına (AzTV) bildirib ki, havaların kəskin soyuması quşların azalmasına təsir göstərir. Həmçinin, burada qida çatışmazlığı da rol oynayır.
Məsələ ilə bağlı Texniki Təhlükəsizlik və Ekoloji Məsələlər Üzrə Mütəxəssis, ekoloq Kənan Kərimov Oxu24.com-un suallarını cavablandırıb.
“Sizcə, quşların kütləvi ölümündə “kəskin soyuqdan donma, qida çatışmazlığı” diaqnozundan başqa daha hansı səbəblər var” sualını cavablandıran ekoloq belə hadisələrin ilk dəfə olmadığını vurğulayıb.
"Əvvəla, quşların kütləvi ölümü ilə bağlı xəbərlərlə ilk dəfə deyilik ki, qarşılaşırıq. 2020-ci ildə Bakının bir sıra ərazilərində qumruların kütləvi ölümü müşahidə edilib. Həmin vaxt rəsmilərin dediyinə görə, quşların qida zəhərlənməsindən ölməsi ehtimalı daha güclü idi.
Quşların kütləvi ölümündə əsas səbəb yoluxucu quş qripi və ya virus infeksiyaları nəinki çöl quşlarının eləcə də ev quşlarının kütləvi qırğınına səbəb ola bilir.
Çirkənməyə məruz qalmış ərazilərdə yaşayan quşların ölümü də müxtəlif infeksion xəstəlilərdən baş verə bilər. Məsələn, neft, məişət, sex və zavod tullantılarına yaxın yerdə məskunlaşan quşlar istər su, istər qida səbəbilə orqanizmlərində bakterial və ya parazitar infeksiyalar yarana bilər. Bu da quşların kütləvi ölümünə səbəb ola bilər.
Quşların kütləvi ölümündən əvvəl, Xəzər dənizində suitilərin, həmçinin balıqların kütləvi şəkildə ölümü ilə rastlaşmışıq.Hər iki halda Xəzər dənizinin həddindən artıq çirklənməyə məruz qaldığı və buna görə dənizin faunasına acı təsiri ilə nəticələnib. Hazırda mediada qağayıların kütləvi şəkildə ölümü ilə xəbərlərinə təəssüflənirik. Buna səbəb isə ətraf mühitdə və sularda çirklənmənin həddindən çox olması ola bilər”- deyə ekoloq Kənan Kərimov bildirib.
Əntiqə Rəşid
20:00 / 10 May 2026
14
19:36 / 10 May 2026
36
18:54 / 10 May 2026
213
18:31 / 10 May 2026
56
17:59 / 10 May 2026
139
17:51 / 10 May 2026
68
17:49 / 10 May 2026
147
17:37 / 10 May 2026
69
17:29 / 10 May 2026
303
17:19 / 10 May 2026
191
14:29 / 10 May 2026
92
14:25 / 10 May 2026
88
12:25 / 10 May 2026
795
12:22 / 10 May 2026
93
00:41 / 10 May 2026
389
00:37 / 10 May 2026
2900
00:33 / 10 May 2026
166
00:20 / 10 May 2026
425
00:18 / 10 May 2026
153
00:15 / 10 May 2026
148
00:05 / 10 May 2026
313
23:58 / 09 May 2026
1168
23:55 / 09 May 2026
140
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.