Təhsilverənlərin etik davranış qaydalarına dəyişiklik edilib
14 Noyabr 2026, 01:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
828
11.02.2026, 21:19
"Bakı Apellyasiya Məhkəməsində iştirak etdiyim cinayət işi üzrə bir iclasda unudulmaz bir an yaşadım".
Oxu24.com xəbər verir ki, bunu vəkil Zaur Saadov bildirib.
O qeyd edib ki, bu gün iştirak etdiyi məhkəmə prosesindən birinə təqsirləndirilən şəxsin azyaşlı qızı da gəlib. Hakim Əli Məmmədov bunu görən kimi valideynə irad bildirib və uşağın zaldan çıxarılmasını tələb edib.
"Sonda isə hakim elə bir cümlə dedi ki, vəkillik fəaliyyətimdə eşitdiyim ən təsirli sözlərdən biri oldu. O dedi: "Hər ata övladı üçün bir qəhrəmandır. Atanı qolu qandallı uşağa göstərməklə onun qəhrəmanını öldürməyin"", - Z.Saadov qeyd edib.E-huquq.az
"Bəzən biz hüquqşünaslar qanunlar arasında insan faktorunu unuduruq. Amma unutmayaq ki, məhkəmə zalında təkcə təqsirləndirilən, zərərçəkmiş və vəkil olmur, orada bir ailə, bir övladın dünyası, bir uşağın gələcək psixologiyası da olur. Qanun ədaləti təmin etməlidir. Amma ədalət yalnız cəza ilə ölçülmür. Ədalət bəzən bir uşağın qəlbini də qorumaqdan ibarətdir. Bir daha anladım ki, hakim kürsüsündə oturmaq təkcə hüquqi bilik deyil, həm də vicdan məsuliyyətidir", - deyə vəkil əlavə edib.
00:40 / 14 Noyabr 2026
95
00:02 / 14 Noyabr 2026
382
23:58 / 13 Noyabr 2026
90
23:49 / 13 Noyabr 2026
89
23:40 / 13 Noyabr 2026
102
23:28 / 13 Noyabr 2026
102
23:22 / 13 Noyabr 2026
97
23:17 / 13 Noyabr 2026
240
23:09 / 13 Noyabr 2026
112
23:05 / 13 Noyabr 2026
102
23:02 / 13 Noyabr 2026
159
22:53 / 13 Noyabr 2026
112
22:49 / 13 Noyabr 2026
105
22:41 / 13 Noyabr 2026
105
22:36 / 13 Noyabr 2026
124
22:18 / 13 Noyabr 2026
112
22:13 / 13 Noyabr 2026
108
22:03 / 13 Noyabr 2026
673
21:43 / 13 Noyabr 2026
989
21:36 / 13 Noyabr 2026
114
21:29 / 13 Noyabr 2026
144
21:24 / 13 Noyabr 2026
374
21:03 / 13 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.