Qaynar xətt:

(+99450) 247 90 86

"Mehdiyevin qardaşının tikdirdiyi qəzalı bina - Lifti belə mövcud deyil"

news/2026_02_02/lift1_1770025426.jpg

CƏMİYYƏT

104

02.02.2026, 13:45

Xətai prospekti 38 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının sakinlərinin problemləri 20 ildir həll olunmur.

Oxu24.com xəbər verir ki Bakı şəhəri, Xətai prospekti 38 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında yaşayan sakinlər Musavat.com-a şikayət məktubu ünvanlayıblar. Sakinlərin bildirdiyinə görə, bina 2005-ci ildə mənzil mülkiyyətçilərinin yaşaması üçün standartlardan uzaq inşa olunub.

Şikayətdə qeyd olunub ki, sözügedən bina 6 blokdan ibarətdir, 18 və 20 mərtəbəlidir, ümumilikdə 330 mənzili əhatə edir. Bildirilir ki, bina "Hüquq" Mənzil-Tikinti Kooperativi tərəfindən inşa edilib və həmin kooperativ "Messenat Holdinq Şirkətlər Qrupu"nun tərkibinə daxildir: "Hazırda binanın idarə olunması formal olaraq "Nasim-45" MMC-yə həvalə edilsə də, faktiki idarəetmə "Messenat Holdinq Şirkətlər Qrupu"nun təsisçisi və rəhbəri İsayev Tofiq Həbib oğlu tərəfindən həyata keçirilir