Azər Araz teoriminin yaradılmasına Manifest
21 Yanvar 2026, 20:43
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
136
21.01.2026, 18:20
Balakən Rayon İcra Hakimiyyətində (RİH) kadr dəyişiklikləri həyata keçirilib.
Oxu24.com -un əldə etdiyi məlumata görə, bununla bağlı icra başçısı Natiq Ağayev müvafiq əmrlər imzalayıb.
Belə ki, icra başçısının birinci müavini Turan Dibirov vəzifəsindən azad edilərək başçının müavini - Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
Eyni zamanda, icra başçısının digər müavini Nəzakət Rüstəmova da 21 ildir çalışdığı vəzifəsindən azad edilib.
Bundan əlavə, icra başçısının köməkçisi Aydın Xoçberov vəzifəsindən azad olunaraq, Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş sektorunda məsləhətçi (vətəndaşların müraciətləri üzrə işin aparıcısı) vəzifəsinə təyinat alıb.
Elxan Murtuzov Sektor müdiri – baş mühasib vəzifəsindən azad olunub, o, yeni yaradılan İnzibati işlər sektorunda aparıcı məsləhətçi (mühasib) vəzifəsinə təyin edilib. Sektor müdiri – baş mühasib vəzifəsi isə vakansiyaya çıxarılıb.
Həmçinin oxuyun
Hüquq şöbəsinin müdiri Pirdas Qardaşova da vəzifəsindən azad olunaraq, hüquq və kadr məsələləri sektoruna məsləhətçi təyin edilib. Sektor müdiri vəzifəsi vakansiyaya çıxarılıb.
Rayonun baş memarı Tahir Rəcəbov da vəzifəsindən azad edilib, yeni yaradılan Memarlıq-tikinti məsələləri sektoru sektor müdiri (baş memar) vəzifəsi vakant elan olunub.
Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Nərgiz Hacıxanova da vəzifəsindən azad edilib və şöbə sektora çevrilib, hazırda sektor müdiri vəzifəsi vakantdır.
Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi sektora çevrilib. Sektorun müdiri vəzifəsi vakansiyaya çıxarılıb. Əvvəllər şöbəyə rəhbərlik edən Ağa Ağayev isə məsləhətçi vəzifəsinə təyin edilib.
Qeyd edək ki, RİH-də həyata keçirilən struktur dəyişikliyi nəticəsində daha bir neçə nəfər işdən çıxarılıb.
21:33 / 21 Yanvar 2026
7
21:06 / 21 Yanvar 2026
23
21:03 / 21 Yanvar 2026
25
20:59 / 21 Yanvar 2026
28
20:54 / 21 Yanvar 2026
35
20:54 / 21 Yanvar 2026
31
20:52 / 21 Yanvar 2026
20
20:49 / 21 Yanvar 2026
144
20:43 / 21 Yanvar 2026
30
20:40 / 21 Yanvar 2026
129
20:37 / 21 Yanvar 2026
32
20:36 / 21 Yanvar 2026
45
20:32 / 21 Yanvar 2026
26
20:25 / 21 Yanvar 2026
54
20:24 / 21 Yanvar 2026
250
20:16 / 21 Yanvar 2026
187
20:14 / 21 Yanvar 2026
48
20:07 / 21 Yanvar 2026
46
20:00 / 21 Yanvar 2026
49
19:54 / 21 Yanvar 2026
2194
19:52 / 21 Yanvar 2026
67
19:51 / 21 Yanvar 2026
123
19:45 / 21 Yanvar 2026
94
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.