Daltoniklər dünyanı necə görür?
08 May 2026, 22:06
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
537
21.01.2026, 20:32
Uşaqlarda son dövrlər valideynləri ən çox narahat edən məsələlərdən biri də göz qırpma, çiyin atma, üz-göz əzələlərinin qeyri-iradi hərəkətləri kimi özünü göstərən tiklərdir. Xüsusilə məktəbə başlama, bağça mühiti, ailədaxili dəyişikliklər və ya psixoloji gərginlik fonunda yaranan bu hallar valideynlərdə “gözləyim, yoxsa dərhal həkimə müraciət edim?” sualını aktuallaşdırır.
Mövzu ilə bağlı nevroloq Röyanə Quluzadə Oxu24.com-a bildirib ki, çiklərin müxtəlif formaları və ağırlıq dərəcələri mövcuddur. Onun sözlərinə görə, xüsusilə kiçik yaşlı uşaqlarda və stresli, adaptasiya tələb edən dövrlərdə tiklər tranzitor – yəni keçici xarakter daşıya bilər:
“Normal hallarda stresli mühitdən keçən uşaqlarda çiklər yarana bilər və bu çiklər ilk 3–5 ay ərzində heç bir müdaxilə olmadan öz-özünə keçib gedə bilər. Belə hallarda valideynlər tələsmədən, uşağı müşahidə edərək bir müddət gözləyə bilərlər.”
Həkim qeyd edib ki, xroniki tiklər isə 6 aydan çox davam edən və zamanla artan hallardır. Bu zaman təkcə hərəkət tikləri deyil, səs tikləri də müşahidə oluna bilər:
“Bəzi hallarda, xüsusilə Turet sindromunda hərəkət tiklərinə vokal tiklər də qoşulur. Uşaq boğaz səsləri, burun səsləri çıxarmağa, müəyyən səsləri təkrar etməyə başlayır. Bu artıq daha ciddi yanaşma tələb edən vəziyyətdir.”
Röyanə Quluzadə vurğulayıb ki, əgər tiklər zamanla azalmaq əvəzinə artırsa və uşağın davranışlarında da dəyişikliklər müşahidə olunursa, mütləq şəkildə mütəxəssisə müraciət edilməlidir:
“Uşaqda qorxu, həddindən artıq həyəcanlanma, qaranlıqdan qorxma, tək yatmaq və ya tək bayıra çıxmaq istəməmə, məktəbə getməkdən imtina kimi hallar çiklərlə yanaşı ortaya çıxırsa, bu artıq sadə adaptasiya prosesi deyil. Belə vəziyyətlər müalicə olunmazsa, zamanla uşaqda nevroz formalaşa bilər.”
Həkimin sözlərinə görə, valideynlərin əsas vəzifəsi uşağa təzyiq göstərməmək, onu tiklərinə görə danlamamaq və psixoloji mühiti mümkün qədər sakit saxlamaqdır. Lazım gəldikdə isə vaxtında həkimə müraciət etmək uşağın gələcək psixonevroloji sağlamlığı üçün həlledici rol oynayır.
Nigar
15:49 / 11 May 2026
10
15:38 / 11 May 2026
96
15:30 / 11 May 2026
10894
15:22 / 11 May 2026
33
15:20 / 11 May 2026
32
14:59 / 11 May 2026
46
14:52 / 11 May 2026
61
14:47 / 11 May 2026
251
14:45 / 11 May 2026
173
14:43 / 11 May 2026
89
14:23 / 11 May 2026
1133
14:11 / 11 May 2026
216
14:08 / 11 May 2026
81
13:42 / 11 May 2026
76
13:30 / 11 May 2026
100
13:25 / 11 May 2026
197
13:14 / 11 May 2026
65
12:50 / 11 May 2026
563
12:46 / 11 May 2026
67
12:37 / 11 May 2026
65
12:36 / 11 May 2026
69
12:18 / 11 May 2026
108
12:07 / 11 May 2026
85
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.